Ehtiyyatların hesablanması şöbəsinin mütəxəssisi

  • Deadline 22 İyun 2025

Aktiv və öhdəliklərin idarə edilməsi və Ehtiyyatların hesablanması departamenti

Vəzifə Öhdəlikləri:

  • IFRS 17 standartı çərçivəsində sığorta ehtiyatlarının (Contractual Service Margin, Risk Adjustment, Liability for Incurred Claims və s.) aylıq və rüblük hesablamalarında iştirak etmək;
  • Solvency II və ya analoji tənzimləyici çərçivələr üzrə Best Estimate Liability və Risk Margin hesablamalarının aparılmasında iştirak etmək;
  • Azərbaycan Mərkəzi Bankı tərəfindən tənzimlənən ehtiyat növlərinin hesablanması prosesində iştirak etmək və nəticələrin uyğunluğunu təhlil etmək;
  • İstifadə olunan əsas aktuari fərziyyələrin (assumptionların) – ölüm halları, xitam faizi, ödənişin gecikdirilməsi və s. – statistik təhlilini aparmaq, onların yenilənməsi və back-testing proseslərində iştirak etmək;
  • Sığorta ehtiyatlarının adekvatlıq testlərinin (Run-off testləri, Loss Adequacy Test – LAT və s.) aparılmasında iştirak etmək;
  • İllik büdcə və planlaşdırma prosesləri çərçivəsində sığorta ehtiyatlarının proqnozlaşdırılmasında iştirak etmək;
  • Hesablamaların nəticələrinə əsasən analitik hesabatlar, izahat sənədləri və təqdimatlar hazırlamaq;
  • Modellərin və metodologiyaların sənədləşdirilməsi, yoxlanılması (validation) və audit proseslərinə texniki dəstək göstərmək;
  • Mövcud aktuari modellərin (Excel, R, Python və ya digər vasitələrlə hazırlanmış) təkmilləşdirilməsi və avtomatlaşdırılması ilə bağlı təkliflər vermək və onların tətbiqini həyata keçirmək;
  • Birbaşa rəhbər tərəfindən verilən digər texniki və hesabat xarakterli tapşırıqları icra etmək.

Namizədə olan tələblər:

  • İş təcrübəsi: Aktuari sahəsində minimum 1 il iş təcrübəsi (aktuari modelləmə və ya sığorta ehtiyatlarının hesablanması üzrə);
  • Təhsil: Riyaziyyat, Tətbiqi riyaziyyat, İqtisadiyyat, Maliyyə, Statistikaya dair bakalavr və ya magistr dərəcəsi
  • Xarici dil bilikləri: İngilis dili: əla
  • Kompüter bilikləri: MS Excel: əla, R Language: orta, Python: əla

Üstünlüklər:

  • Aktuari sertifikatlaşdırması üzrə beynəlxalq (məsələn: IFoA, SOA, CERA) sertifikatlara sahib olmaq;
  • Azərbaycan Mərkəzi Bankı tərəfindən verilən aktuari sertifikatının mövcudluğu və ya bu istiqamətdə ən azı bir sertifikasiya imtahanından keçmiş olmaq;
  • IFRS 17 standartı ilə işləmə təcrübəsi və bu çərçivədə sığorta ehtiyatlarının hesablanmasında iştirak;
  • Solvency II və ya ona bənzər tənzimləyici çərçivələr üzrə kapital tələbləri və ehtiyat hesablamaları sahəsində bilik və ya təcrübəyə malik olmaq;
  • Aktuar ehtiyat hesablaması modelləri (Chain-Ladder, Bornhuetter-Ferguson və s.) ilə tanışlıq;
  • Data analiz və modelləşdirmə sahəsində düşüncə tərzi və texniki bacarıqların mövcudluğu.

Biz nə təklif edirik:

  • Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
  • Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
  • Fərdi inkişaf planı çərçivəsində təlim imkanları; 
  • Ödənişsiz dayanacaq imkanının təmin olunması;
  • “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları; 
  • İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları 

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır

  • Daily73
  • Weekly301
  • Monthly305