Vəzifə öhdəlikləri
- Müştərilərin və qonaqların qarşılanması, onların müvafiq şöbə və əməkdaşlarla əlaqələndirilməsi;
- Daxil olan telefon zənglərinin cavablandırılması və aidiyyəti şöbələrə yönləndirilməsi;
- Müştəri və qonaqların inzibati binaya giriş və çıxış prosedurlarının həyata keçirilməsi;
- Müştəri və qonaqların sorğularının cavablandırılması və zəruri məlumatların təqdim edilməsi;
- Daxili və xarici məktubların, sənədlərin qəbulu və aidiyyəti üzrə çatdırılması;
- Şirkətə məxsus kitabxananın işinin təşkili və idarə olunmasına dəstək göstərilməsi;
- Birbaşa rəhbər tərəfindən verilən digər göstəriş və tapşırıqların yerinə yetirilməsi;
Namizədə olan tələblər
İş təcrübəsi:
- Sahə üzrə iş təcrübəsi tələb olunmur.
Təhsil:
- İstənilən ixtisas üzrə bakalavr dərəcəsi.
Dil bilikləri:
- Azərbaycan dili: əla;
- Rus dili: əla/yaxşı;
- İngilis dili: orta.
Kompüter bilikləri:
- MS Office proqramları: orta səviyyə.
Üstünlük veriləcək:
- İnzibati işlər və ya resepsiyon sahəsində təcrübəsi olan namizədlərə üstünlük verilir.
Fərdi keyfiyyətlər və bacarıqlar:
- Nəticəyönümlülük;
- Müştəriyönümlülük;
- Etibar yaratmaq bacarığı;
- Komandada işləmək və əməkdaşlıq bacarığı;
- Keyfiyyətyönümlülük;
- Məlumat toplamaq və düzgün təhlil etmək bacarığı;
- Problem həll etmə bacarığı;
- Analitik düşüncə.
Biz nə təklif edirik?
- Əməkdaş və ailə üzvləri üçün geniş tibbi sığorta paketi;
- Kritik xəstəliklər üzrə təminatı əhatə edən korporativ həyat sığortası;
- Fərdi inkişaf planı çərçivəsində təlim və inkişaf imkanları;
- Ödənişsiz dayanacaq;
- “Dəyərlisən” platforması vasitəsilə güzəşt və endirim imkanları;
- İdman və sağlamlıq xidmətlərindən istifadə imkanı.
Yalnız ilkin seçim meyarlarına cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.