Vəzifə Öhdəlikləri:
- Ofis otaqlarının, dəhlizlərin, sanitar qovşaqların gündəlik təmizlənməsi;
- Pəncərə, qapı, mebellərin və s. avadanlıqların, əşyaların silinməsi;
- Tullantıların boşaldılması və xidməti ərazisinin təmiz saxlanılması;
- Gigiyena vasitələrinin vaxtında yenilənməsi;
- Mətbəxdə istifadə olunan avadanlıqların yuyulması və səliqəli şəkildə yerləşdirilməsi;
- Mətbəx avadanlıqlarının (çaydan, soyuducu, soba və s.) təmizlənməsi;
- Mətbəx masasının və döşəməsinin təmiz saxlanılması;
- Çay/Kofe dəstgahının təşkili və iclaslara xidmət edilməsi;
- Təmizlik zamanı təhlükəsizlik və sanitariya qaydalarına riayət edilməsi;
- Xidməti zərurət ilə əlaqədar digər təmizlik və səliqə-sahmanla bağlı tapşırıqların icra edilməsi.
Namizədə olan tələblər:
- İş təcrübəsi: Sahə üzrə 1 il iş təcrübəsi tələb olunur.
- Dil bilikləri: Azərbaycan dili:əla
- Yaş həddi : 50 yaşadək
Fərdi keyfiyyətlər:
- Məsuliyyətlilik və dürüstlük
- İşində səliqəlilik və dəqiqlik
- Fiziki davamlılıq və çeviklik
- Komandada işləmək və iş mühitinə uyğunlaşmaq
Biz nə təklif edirik:
- Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
- Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
- Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
- Ödənişsiz dayanacaq imkanının təmin olunması;
- “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
- İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları
Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan link üzərindən müraciətlərini göndərə bilərlər. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.