Kiçik mütəxəssis - mühasib

  • Deadline 21 Aprel 2025

Vəzifə Öhdəlikləri:

  • Müxtəlif sığorta növləri üzrə sığorta haqlarının mühasibatlıq sistemində düzgün əks olunmasını təmin etmək;
  • Müxtəlif şöbələr, banklar və digər şirkətlər tərəfindən gələn sorğuları araşdırmaq və cavablandırmaq;
  • Banklarda olan cari, depozit, kart hesablarının çıxarışlarını toplamaq və məlumatları mühasibatlıq proqramına daxil etmək;
  • Bank çıxarışlarını və alt sənədlərini toplamaq;
  • Sənədlərin düzgün arxivləşdirilməsinə məsul olmaq;
  • Aylıq və illik bağlanış proseslərində iştirak etmək, mühasibatlıq uçotlarında uyğunlaşmanı təmin etmək;
  • Əsassız ödənişlər və debitorların siyahısının düzgünlüyünü nəzarətdə saxlamaq;
  • Pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesablarında əks etdirmək;
  • Müəssisənin fəaliyyətinə uyğun hər növ ödəniş tapşırığını hazırlamaq və icrasına nəzarət etmək;
  • Daxili və xarici auditlər zamanı tələb olunan sənədləri və izahatları təqdim etmək;
  • Vergi, sığorta və maliyyə uçotu ilə bağlı dəyişiklikləri izləmək və onların icrasında dəstək göstərmək;
  • Mühasibatlıq şöbəsi daxilində həyata keçirilən layihələrdə əməkdaşlıq etmək və tapşırıqları yerinə yetirmək;
  • İdarəetmə və ya tənzimləyici qurumlara təqdim olunan hesabatların hazırlanmasında iştirak etmək;
  • Mühasibatlıq proseslərinin təkmilləşdirilməsi və avtomatlaşdırılması istiqamətində təkliflər vermək və prosesləri müşahidə etmək.

Namizədə olan tələblər:

  • İş təcrübəsi: Maliyyə/mühasibatlıq üzrə ən azı 6 ay iş təcrübəsi;
  • Təhsil: Maliyyə, Mühasibatlıq və İqtisadiyyat üzrə bakalavr dərəcəsi;
  • Dil bilikləri: Azərbaycan və ingilis dillərində sərbəst danışmaq və yazışma aparmaq bacarığı (rus dili üstünlükdür);
  • Kompüter bilikləri: MS Excel yüksək səviyyədə bilmək;
  • Üstünlükər: ACCA sertifikatının olması.

Biz nə təklif edirik:

  • Tibbi sığorta: Sizin və ailənizin sağlamlığınızı qorumaq üçün geniş sığorta paketi
  • Korporativ Həyat Sığortası: Ağır xəstəlikdən sığortalan
  • Peşəkar inkişaf və təlim imkanları
  • Dinamik və innovativ iş mühiti.
  • Parkinq imkanı

Maraqlanan namizədlər Müraciət Et butonunda qeyd olunan link üzərindən müraciət edə bilərlər. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily24
  • Weekly676
  • Monthly1916