İnsan resursları və korporativ kommunikasiya departamenti
Vəzifə Öhdəlikləri:
- Şirkətin xarici və daxili kommunikasiya fəaliyyətlərində iştirak edərək kontenti yaratmaq və koordinasiya etmək.
- Daxil olan kontentlərin emalını və analizini aparmaq.
- Yaradıcı yanaşmaq və yeni təkliflər vermək.
- Şirkətin adından daxili və xarici tədbirlərin və layihələrin müvafiq işlərini apararaq təşkil etmək.
- Korporativ sosial məsuliyyət fəaliyyətlərini təşkil etmək.
- Video və foto materialları hazırlamaq.
- Promo materialların, hədiyyələrin sifarişi ilə anbar stokunu idarə etmək
Namizədə olan tələblər:
- İş təcrübəsi: Sahə üzrə 2 il iş təcrübəsi tələb olunur.
- Təhsili: Marketinq, Beynəlxalq Münasibətlər və İqtisadiyyat üzrə bakalavr dərəcəsi
- Dil bilikləri: Azərbaycan dili:əla , İngilis dili:orta
- Kompüter bilikləri: MS Office:əla
- Üstünlüklər: Marketinq və Korporativ Kommunikasiya sahəsində iş təcrübəsi
Biz nə təklif edirik:
- Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
- Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
- Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
- Ödənişsiz dayanacaq imkanının təmin olunması;
- “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
- İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.