Satış departamenti, Korporativ sığorta şöbəsi
Vəzifə Öhdəlikləri:
- Mövcud bank və digər satış kanalları üzrə sığorta məhsullarının satış həcmini artırmaq və illik/aylıq/rüblük planların icrasını təmin etmək;
- Satış proqnozlarını və potensialını dəqiqləşdirmək üçün məlumat toplamaq, nəticələrə əsaslanaraq qərarlar vermək;
- Bank və alternativ satış kanalları ilə mövcud əməkdaşlığı qoruyub saxlamaq, uzunmüddətli münasibətlərin inkişaf etdirilməsini təmin etmək;
- Yeni bank və alternativ satış kanallarını cəlb etmək, potensial imkanları müəyyənləşdirərək əməkdaşlıqlar qurmaq;
- Bankların, alternativ kanalların və müştərilərin ehtiyaclarını anlamaq, həmin ehtiyaclara uyğun məhsul və xidmətlərin hazırlanmasında iştirak etmək və tərəfdaşlara fayda gətirən, hər iki tərəfin qazandığı əməkdaşlıq mühitini yaratmaq;
- Satış proseslərinin səmərəliliyini artırmaq üçün effektivlik meyarları tətbiq etmək, mövcud resurslardan daha düzgün istifadə yollarını tapmaq və davamlı olaraq yeni imkanlar, metodlar və texnologiyalar axtarmaq;
- Müştəri ilə təmas nöqtələrində (filiallar və s.) satış prosesini izləmək, satışın dayandığı mərhələləri müəyyənləşdirərək aradan qaldırmaq.
- Bank seqmenti üzrə bazarı və rəqib mühitini izləmək, benchmarkları təhlil etmək və rəhbərliyə uyğun təkliflər təqdim etmək;
- Rəqiblərin satış strategiyaları və taktikaları barədə məlumat toplamaq və rəqabət üstünlüyü üçün proaktiv addımlar atmaq;
- Əməkdaşların fəaliyyətinə rəhbərlik etmək, performans və motivasiyanı idarə etməklə yanaşı, onların peşəkar inkişafına dəstək olmaq, komandanın bilik və bacarıqlarını artıraraq davamlı olaraq güclü nəticələr əldə etmək;
- Bank və alternativ kanallar üzrə fəaliyyətin monitorinqi üçün data tələblərini müəyyənləşdirmək, analitik komandaların hazırladığı hesabatları izləmək və biznesə təsir edən məsələlərdə vaxtında tədbirlər görmək;
- Sektor üzrə illik biznes planının hazırlanmasında iştirak etmək və planın icrasına nəzarət etmək;
- Şirkətin strategiyasına uyğun olaraq sektorun fəaliyyətlərini planlaşdırmaq, izləmək və zəruri hallarda təkmilləşdirmə təşəbbüsləri irəli sürmək;
- Sektorun fəaliyyətini digər daxili strukturlarla inteqrasiya etmək və əsas maraqlı tərəflərlə effektiv əməkdaşlığı təmin etmək.
Namizədə olan tələblər:
- Təhsili: Tətbiqi Riyaziyyat, İqtisadiyyat, Statistika, Riyaziyyat və ya digər müvafiq ixtisas üzrə bakalavr dərəcəsi tələb olunur.
- İş təcrübəsi: Biznes, Maliyyə və Marketinq sahəsində minimum 4–5 il iş təcrübəsi tələb olunur.
- Üstünlük : Bank, sığorta və ya bankassurance (bancassurance) sahəsində təcrübə üstünlükdür.
- Dil bilikləri: Azərbaycan dili – əla, İngilis dili – yaxşı, Rus dili – yaxşı səviyyə.
- Kompüter bilikləri: MS Office və Outlook proqramları:yaxşı.
- Fərdi keyfiyyətlər: Nəticəyə əsaslanma; Müştəri yönümlülük; İnam yaratma; Komanda işi; Əməkdaşlıq və keyfiyyət yönümlülük; Məlumat əldəetmə; Problem həlletmə; Analitik düşüncə və problem həll etmə bacarığı.
Biz nə təklif edirik:
- Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
- Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
- Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
- Ödənişsiz dayanacaq imkanının təmin olunması;
- “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
- İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.