Struktur bölmə: Risklərin idarəedilməsi departamenti, Maliyyə və sığorta risklərinin idarə edilməsi şöbəsi
Vəzifə Öhdəlikləri:
- İnvestisiya portfelinin hərtərəfli təhlili yolu ilə maliyyə risklərinin aşkar edilməsi, ölçülməsi və nəzarət edilməsi prosesində iştirak etmək;
- Maliyyə riskləri alətləri və modellərinin hazırlanması və tətbiqi prosesində iştirak etmək;
- MHBS standartlarına uyğun olaraq makrokalibrləmə prosesində iştirak etmək;
- Banklar, korporativlər və maliyyə bazarlarının təhlili prosesində iştirak etmək;
- Cari və potensial iqtisadi dəyişikliklərin davamlı monitorinqi, stress testlərinin keçirilməsi və onun şirkətin maliyyə vəziyyətinə mümkün təsirinin təhlili.
Namizədə olan tələblər:
- İş təcrübəsi: Sahə üzrə tələb olunmur, iş təcrübəsi arzuolunandır.
- Təhsili/ixtisası: Maliyyə, İqtisadiyyat və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi (hal-
- hazırda bu ixtisaslar üzrə təhsil alan tələbələrin müraciəti də qəbul olunur);
- Dil bilikləri: Azərbaycan dili:əla , İngilis dili:əla
- Kompüter bilikləri: MS Office:orta
- Fərdi keyfiyyət tələbləri: Analitik düşüncə və problem həll etmə bacarığı
Biz nə təklif edirik:
- Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
- Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
- Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
- Ödənişsiz dayanacaq imkanının təmin olunması;
- “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
- İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları
Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan link üzərindən müraciət edə bilərlər. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.