İş şəraiti
- Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
- Tələb olunan işçi sayı: 2 (iki)
- İş saatları (iş rejimi): 09:00 – 18:00
Vəzifə Öhdəlikləri:
- Sığorta bazarında Həyat sığortası ilə məşqul olan şirkətlərin müəyyən olunması;
- Rəqiblərin kimliyi, onların bazarda mövqeyi və xüsusi çəkisi, nəaliyyətlərinin hakim faktorunun öyrənilməsi;
- Press relizin mətninin hazırlanması;
- Mərkəzə aid illik büdcənin işlənib hazırlanmasında iştirak etmək;
- Rəqəmsal marketinq layihələrinin idarəedilməsi;
- Yeni rəqəmsal alətlər istifadə edərək, potensial müştəriyə birbaşa çıxışın təmin edilməsi;
- Rəqəmsallaşma strategiyasına uyğun olaraq rəqəmsal həllərin yaradılması prosesində iştirak;
- Məhsullar üzrə media və kommunikasiya planlarını hazırlanması;
- Mövcud satış kanalları üzrə reklam məhsulları hazırlamaq, KİV-də yerləşdirilməsi;
- Korporativ internet səhifənin idarə olunmasını təmin etmək;
Namizədə olan tələblər:
- İş təcrübəsi: Sahə üzrə 2 il iş təcrübəsi tələb olunur.
- Təhsili/ixtisası: Biznes, Iqtisadiyyat, Marketinq, Menecment bakalavr dərəcəsi
- Dil bilikləri: Azərbaycan dili:əla , İngilis dili:əla , Rus dili:əla
- Kompüter bilikləri: MS Office:əla , MS PowerPoint:əla
- Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və planlaşdırma
İmtiyazlar
- Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
- Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
- Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
- Ödənişsiz dayanacaq imkanının təmin olunması;
- “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
- İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.