Marketinq mərkəzinin eksperti

  • Истекает 7 сентябрь 2025

İş şəraiti

  • Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
  • Tələb olunan işçi sayı: 2 (iki)
  • İş saatları (iş rejimi): 09:00 – 18:00

Vəzifə Öhdəlikləri:

  • Sığorta bazarında Həyat sığortası ilə məşqul olan şirkətlərin müəyyən olunması;
  • Rəqiblərin kimliyi, onların bazarda mövqeyi və xüsusi çəkisi, nəaliyyətlərinin hakim faktorunun öyrənilməsi;
  • Press relizin mətninin hazırlanması;
  • Mərkəzə aid illik büdcənin işlənib hazırlanmasında iştirak etmək;
  • Rəqəmsal marketinq layihələrinin idarəedilməsi;
  • Yeni rəqəmsal alətlər istifadə edərək, potensial müştəriyə birbaşa çıxışın təmin edilməsi;
  • Rəqəmsallaşma strategiyasına uyğun olaraq rəqəmsal həllərin yaradılması prosesində iştirak;
  • Məhsullar üzrə media və kommunikasiya planlarını hazırlanması;
  • Mövcud satış kanalları üzrə reklam məhsulları hazırlamaq, KİV-də yerləşdirilməsi;
  • Korporativ internet səhifənin idarə olunmasını təmin etmək;

Namizədə olan tələblər:

  • İş təcrübəsi: Sahə üzrə 2 il iş təcrübəsi tələb olunur.
  • Təhsili/ixtisası: Biznes, Iqtisadiyyat, Marketinq, Menecment bakalavr dərəcəsi
  • Dil bilikləri: Azərbaycan dili:əla , İngilis dili:əla , Rus dili:əla
  • Kompüter bilikləri: MS Office:əla , MS PowerPoint:əla
  • Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və planlaşdırma

İmtiyazlar

  • Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
  • Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
  • Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
  • Ödənişsiz dayanacaq imkanının təmin olunması;
  • “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
  • İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily28
  • Weekly619
  • Monthly737