Vəzifə öhdəlikləri:
- Müştərilərin uzunmüddətli maliyyə məqsədlərinə uyğun həyat sığortası, yığım və investisiya yönümlü yeni məhsul konsepsiyalarının hazırlanması;
- Mövcud həyat sığortası məhsullarının təkmilləşdirilməsi və yeni dəyər təkliflərinin formalaşdırılması;
- Embedded insurance həllərinin araşdırılması və müxtəlif müştəri səyahətlərinə inteqrasiya imkanlarının müəyyən edilməsi;
- Bank, fintech, ödəniş sistemləri, pərakəndə satış və digər tərəfdaş ekosistemlərində məhsulların yerləşdirilməsi imkanlarının təhlil edilməsi;
- Yeni məhsul ideyaları üzrə ilkin biznes analizlərin və iqtisadi qiymətləndirmələrin aparılması;
- Müştəri ehtiyaclarını məhsul konsepsiyasına, biznes modelinə və dəyər təklifinə çevirmək;
- Məhsullar üzrə qaydaların, proseslərin və sistem tələblərinin hazırlanması məqsədilə aidiyyəti komandalarla əməkdaşlıq etmək;
- SQUAD üzrə backlog-un idarə edilməsi, prioritetlərin müəyyənləşdirilməsi, user story və acceptance criteria-ların hazırlanması;
- Məhsul performansının (satış, aktiv müqavilə sayı, retention, persistency, gəlirlilik və s.) izlənilməsi və davamlı təkmilləşdirilməsi;
- Yerli və beynəlxalq bazarlarda tətbiq olunan investisiya, yığım və həyat sığortası məhsullarının araşdırılması və uyğun həllərin tətbiqi.
Namizədə olan tələblər:
- İş təcrübəsi: Məhsul inkişafı, həyat sığortası, bank, investisiya məhsulları, şəxsi kapitalın idarə olunması (wealth management), fintech və ya digər maliyyə xidmətləri sahəsində minimum 3 il iş təcrübəsi.
- Təhsili/ixtisası: Maliyyə, iqtisadiyyat, biznesin idarə edilməsi, bank işi və sığorta, investisiya, riyaziyyat, statistika, data analytics və ya digər uyğun ixtisaslar üzrə bakalavr dərəcəsi.
- Dil bilikləri: Azərbaycan dili – əla, İngilis dili – əla, Rus dili – orta səviyyə üstünlükdür.
Üstünlüklər:
- İnvestisiya, yığım və sığorta məhsulları üzrə anlayış;
- Analitik düşüncə və biznes modellərinin qurulması bacarığı;
- Müştəri ehtiyaclarını məhsul həllərinə çevirmək bacarığı;
- Bazar araşdırması və beynəlxalq təcrübələrin təhlili bacarığı.
Kompüter bilikləri: MS Office – əla (xüsusilə Excel, PowerPoint və Word). Power BI, SQL, Jira/Confluence üzrə biliklər üstünlükdür.
Fərdi keyfiyyət tələbləri:
- Analitik və strateji düşüncə;
- Sahiblənmə və nəticəyönümlülük;
- Təşəbbüskarlıq və innovativ yanaşma;
- Güclü ünsiyyət və təqdimat bacarığı;
- Komanda ilə işləmək və stakeholder-ləri idarə etmək bacarığı;
- Detallara diqqət və problemlərin həlli bacarığı.
Biz nə təklif edirik:
- Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
- Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
- Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
- Ödənişsiz dayanacaq imkanının təmin olunması;
- “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
- İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.