Məhsul Sahibi

  • Deadline 22 İyul 2026

Vəzifə öhdəlikləri:

  • Müştərilərin uzunmüddətli maliyyə məqsədlərinə uyğun həyat sığortası, yığım və investisiya yönümlü yeni məhsul konsepsiyalarının hazırlanması;
  • Mövcud həyat sığortası məhsullarının təkmilləşdirilməsi və yeni dəyər təkliflərinin formalaşdırılması;
  • Embedded insurance həllərinin araşdırılması və müxtəlif müştəri səyahətlərinə inteqrasiya imkanlarının müəyyən edilməsi;
  • Bank, fintech, ödəniş sistemləri, pərakəndə satış və digər tərəfdaş ekosistemlərində məhsulların yerləşdirilməsi imkanlarının təhlil edilməsi;
  • Yeni məhsul ideyaları üzrə ilkin biznes analizlərin və iqtisadi qiymətləndirmələrin aparılması;
  • Müştəri ehtiyaclarını məhsul konsepsiyasına, biznes modelinə və dəyər təklifinə çevirmək;
  • Məhsullar üzrə qaydaların, proseslərin və sistem tələblərinin hazırlanması məqsədilə aidiyyəti komandalarla əməkdaşlıq etmək;
  • SQUAD üzrə backlog-un idarə edilməsi, prioritetlərin müəyyənləşdirilməsi, user story və acceptance criteria-ların hazırlanması;
  • Məhsul performansının (satış, aktiv müqavilə sayı, retention, persistency, gəlirlilik və s.) izlənilməsi və davamlı təkmilləşdirilməsi;
  • Yerli və beynəlxalq bazarlarda tətbiq olunan investisiya, yığım və həyat sığortası məhsullarının araşdırılması və uyğun həllərin tətbiqi.

Namizədə olan tələblər:

  • İş təcrübəsi: Məhsul inkişafı, həyat sığortası, bank, investisiya məhsulları, şəxsi kapitalın idarə olunması (wealth management), fintech və ya digər maliyyə xidmətləri sahəsində minimum 3 il iş təcrübəsi.
  • Təhsili/ixtisası: Maliyyə, iqtisadiyyat, biznesin idarə edilməsi, bank işi və sığorta, investisiya, riyaziyyat, statistika, data analytics və ya digər uyğun ixtisaslar üzrə bakalavr dərəcəsi.
  • Dil bilikləri: Azərbaycan dili – əla, İngilis dili – əla, Rus dili – orta səviyyə üstünlükdür.

Üstünlüklər:

  • İnvestisiya, yığım və sığorta məhsulları üzrə anlayış;
  • Analitik düşüncə və biznes modellərinin qurulması bacarığı;
  • Müştəri ehtiyaclarını məhsul həllərinə çevirmək bacarığı;
  • Bazar araşdırması və beynəlxalq təcrübələrin təhlili bacarığı.

Kompüter bilikləri: MS Office – əla (xüsusilə Excel, PowerPoint və Word). Power BI, SQL, Jira/Confluence üzrə biliklər üstünlükdür.

Fərdi keyfiyyət tələbləri:

  • Analitik və strateji düşüncə;
  • Sahiblənmə və nəticəyönümlülük;
  • Təşəbbüskarlıq və innovativ yanaşma;
  • Güclü ünsiyyət və təqdimat bacarığı;
  • Komanda ilə işləmək və stakeholder-ləri idarə etmək bacarığı;
  • Detallara diqqət və problemlərin həlli bacarığı.

Biz nə təklif edirik:

  • Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
  • Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
  • Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
  • Ödənişsiz dayanacaq imkanının təmin olunması;
  • “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
  • İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily69
  • Weekly69
  • Monthly2143