QA Engineer (Keyfiyyət Təminatı Mühəndisi)

  • Deadline 4 Yanvar 2026

Proqramlaşdırma mərkəzi

Vəzifə Öhdəlikləri:

  • Tələblər və Qəbul Meyarları (Acceptance Criteria) üzrə aydınlaşdırma aparmaq; test oluna bilən və ölçülə bilən qəbul meyarlarının müəyyən olunmasını təmin etmək
  • Release və ya iş vahidi üzrə Test Plan hazırlamaq: işin əhatə dairəsi, giriş meyarları, çıxış meyarları, risklər, resurslar və icra cədvəli
  • Test dizayn metodlarını tətbiq etmək: Equivalence Partitioning, Boundary Value Analysis (BVA), Decision Tables, State Transition, Pairwise
  • Test növlərini icra etmək: funksional, inteqrasiya və sistem səviyyələrində manual testləri yerinə yetirmək; smoke, reqrasiya və acceptance test dəstlərini icra etmək
  • Test nəticələrini sənədləşdirmək və Tələblərin İzlənəbilənlik Matrisi (Requirements Traceability Matrix – RTM) üzrə uyğunluğu təmin etmək
  • Xəta qeydlərini strukturlaşdırılmış şəkildə aparmaq; defektlərin statusunu izləmək və təkrar testləri icra etmək
  • Test məlumatlarının hazırlanmasını təşkil etmək; məlumat gizliliyi tələblərinə uyğun işləmək və lazım olduqda məlumatların anonimləşdirilməsini təmin etmək
  • Test mühitlərinin hazır olub-olmamasını yoxlamaq; versiya, konfiqurasiya və servis asılılıqları üzrə uyğunsuzluqları eskalasiya etmək
  • REST API üzrə manual testləri icra etmək; sorğu/cavab səviyyəsində yoxlamalar aparmaq; servislərarası inteqrasiya üzrə testləri planlamaq və icra etmək
  • DevTools vasitəsilə HTTP sorğu/cavab, headers, JSON payload və status kodlarının analizini aparmaq
  • Logları analiz etmək və tapıntıları xəta qeydlərinə və ya test reportlarına daxil etmək
  • İstifadəçi qəbul testləri (UAT) üçün test ssenarilərinin hazırlanmasına dəstək vermək və UAT prosesini müşayiət etmək
  • Feature toggles ilə idarə olunan funksionallıq üçün testləri planlamaq və nəticələri sənədləşdirmək
  • İnformasiya təhlükəsizliyi, məxfilik və komplayens tələblərinə riayət etmək; audit üçün tələb olunan sənədləşməni təmin etmək
  • Agile və Scrum metodologiyalarının tətbiqində iştirak etmək

Namizədə olan tələblər:

  • İş təcrübəsi: QA mühəndisi sahəsi üzrə 1 il iş təcrübəsi tələb olunur.
  • Təhsili: İstənilən ixtisas üzrə bakalavr dərəcəsi tələb olunur.
  • Dil bilikləri: Azərbaycan dili:əla , İngilis dili:orta
  • Üstünlüklər: Proqramlaşdırma biliklərinə sahib olmaq üstünlükdür.
  • Kompüter bilikləri: Postman:əla
  • Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma; Müştəri yönümlülük; İnam yaratma; Komanda işi; Əməkdaşlıq və keyfiyyət yönümlülük; Məlumat əldəetmə; Problem həlletmə; Analitik düşüncə və problem həll etmə bacarığı.

Biz nə təklif edirik:

  • Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
  • Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
  • Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
  • Ödənişsiz dayanacaq imkanının təmin olunması;
  • “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
  • İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily14
  • Weekly556
  • Monthly556