Qeyri-maliyyə risklərinin idarəedilməsi şöbəsinin qrup rəhbəri (Risklərin idarəedilməsi departamenti, Qeyri-maliyyə risklərinin idarə edilməsi şöbəsi)

Qeyri-maliyyə risklərinin idarəedilməsi şöbəsinin qrup rəhbəri (Risklərin idarəedilməsi departamenti, Qeyri-maliyyə risklərinin idarə edilməsi şöbəsi)

  • Deadline 1 March 2026

Vəzifə Öhdəlikləri:

  • Şirkətdə qeyri-maliyyə risklərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi, monitorinqi və idarə olunması proseslərinin təşkili və təkmilləşdirilməsində iştirak edilməsi;
  • Risk İştahası Bəyannaməsi (RİB) üzrə göstəricilərin, limitlərin və metriklərin hazırlanması, yenilənməsi və icrasına nəzarətin həyata keçirilməsi;
  • Risklər, limit pozuntuları, insidentlər və itkilər üzrə hesabatlılığın təmin edilməsi;
  • Daxili insidentlərin və itkilərin toplanması, təhlili (RCA-nın aparılması) və risk reyestrinin idarə edilməsi;
  • Risk indikatorlarının hazırlanması, izlənilməsi və mütəmadi hesabatların təqdim edilməsi;
  • Biznes prosesləri üzrə risklərin müəyyənləşdirilməsi və yumşaldıcı tədbirlər planlarının hazırlanmasında iştirak edilməsi;
  • Biznesin fasiləsizlik planının (BCP/BIA) hazırlanması və tətbiqi üzrə aidiyyəti strukturlarla əməkdaşlıq edilməsi;
  • Daxili və xarici audit aşkar etmələri üzrə tədbirlər planlarının icrasına nəzarət edilməsi;
  • Qeyri-maliyyə risklərinin idarə olunması üzrə siyasətlərin, qayda və prosedurların hazırlanması və yenilənməsi;
  • İT sistemlərinin əlçatanlığına, sistem dayanmalarına və onların təhlilinə nəzarət edilməsi;
  • Risk mədəniyyətinin artırılması istiqamətində təşəbbüslərdə iştirak edilməsi;
  • Şöbə əməkdaşlarının fəaliyyətinin təşkili, koordinasiyası və nəzarət edilməsi;
  • İdarə Heyətinin və Baş Risk İnzibatçısının tapşırıqlarının icrasının təmin edilməsi.

Namizədə olan tələblər:

  • İş təcrübəsi: Risklərin idarə edilməsi (Qeyri-maliyyə risklərinin idarə edilməsi və ya əməliyyat riskləri üzrə) sahəsi 3 il iş təcrübəsi tələb olunur.
  • Təhsili: İnformasiya Texnologiyaları və sistemləri və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi
  • Dil bilikləri: Azərbaycan dili:əla , İngilis dili:əla
  • Kompüter bilikləri: MS Office:əla 

Üstünlüklər: 

  • • Çərçivələr və standartlar: ISO 27001/27005, NIST CSF, COBIT, ITIL (üstünlük), ISO 22301 (BCM)
  • • Third-Party/Vendor Risk Management: due diligence, müqavilə nəzarətləri, SLA, exit plan, konsentrasiya riski.
  • • Vulnerability & Patch Management, secure configuration, access management (IAM), log/monitoring əsasları.

Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma; Müştəri yönümlülük; İnam yaratma; Komanda işi; Əməkdaşlıq və keyfiyyət yönümlülük; Məlumat əldəetmə; Problem həlletmə; Analitik düşüncə və problem həll etmə bacarığı.
Biz nə təklif edirik:

  • Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
  • Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
  • Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
  • Ödənişsiz dayanacaq imkanının təmin olunması;
  • “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
  • İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily0
  • Weekly487
  • Monthly2377