Vəzifə Öhdəlikləri:
- Şirkətdə qeyri-maliyyə risklərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi, monitorinqi və idarə olunması proseslərinin təşkili və təkmilləşdirilməsində iştirak edilməsi;
- Risk İştahası Bəyannaməsi (RİB) üzrə göstəricilərin, limitlərin və metriklərin hazırlanması, yenilənməsi və icrasına nəzarətin həyata keçirilməsi;
- Risklər, limit pozuntuları, insidentlər və itkilər üzrə hesabatlılığın təmin edilməsi;
- Daxili insidentlərin və itkilərin toplanması, təhlili (RCA-nın aparılması) və risk reyestrinin idarə edilməsi;
- Risk indikatorlarının hazırlanması, izlənilməsi və mütəmadi hesabatların təqdim edilməsi;
- Biznes prosesləri üzrə risklərin müəyyənləşdirilməsi və yumşaldıcı tədbirlər planlarının hazırlanmasında iştirak edilməsi;
- Biznesin fasiləsizlik planının (BCP/BIA) hazırlanması və tətbiqi üzrə aidiyyəti strukturlarla əməkdaşlıq edilməsi;
- Daxili və xarici audit aşkar etmələri üzrə tədbirlər planlarının icrasına nəzarət edilməsi;
- Qeyri-maliyyə risklərinin idarə olunması üzrə siyasətlərin, qayda və prosedurların hazırlanması və yenilənməsi;
- İT sistemlərinin əlçatanlığına, sistem dayanmalarına və onların təhlilinə nəzarət edilməsi;
- Risk mədəniyyətinin artırılması istiqamətində təşəbbüslərdə iştirak edilməsi;
- Şöbə əməkdaşlarının fəaliyyətinin təşkili, koordinasiyası və nəzarət edilməsi;
- İdarə Heyətinin və Baş Risk İnzibatçısının tapşırıqlarının icrasının təmin edilməsi.
Namizədə olan tələblər:
- İş təcrübəsi: Risklərin idarə edilməsi (Qeyri-maliyyə risklərinin idarə edilməsi və ya əməliyyat riskləri üzrə) sahəsi 3 il iş təcrübəsi tələb olunur.
- Təhsili: İnformasiya Texnologiyaları və sistemləri və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi
- Dil bilikləri: Azərbaycan dili:əla , İngilis dili:əla
- Kompüter bilikləri: MS Office:əla
Üstünlüklər:
- • Çərçivələr və standartlar: ISO 27001/27005, NIST CSF, COBIT, ITIL (üstünlük), ISO 22301 (BCM)
- • Third-Party/Vendor Risk Management: due diligence, müqavilə nəzarətləri, SLA, exit plan, konsentrasiya riski.
- • Vulnerability & Patch Management, secure configuration, access management (IAM), log/monitoring əsasları.
Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma; Müştəri yönümlülük; İnam yaratma; Komanda işi; Əməkdaşlıq və keyfiyyət yönümlülük; Məlumat əldəetmə; Problem həlletmə; Analitik düşüncə və problem həll etmə bacarığı.
Biz nə təklif edirik:
- Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
- Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
- Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
- Ödənişsiz dayanacaq imkanının təmin olunması;
- “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
- İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.