Vəzifə Öhdəlikləri:
- Müvafiq sığorta məhsulları üzrə baza sığorta tariflərinin formalaşdırılması və iqtisadi əsaslandırılmasının metodologiyasının işlənib hazırlanması;
- Zərərlilik əmsalının hesablanmasının həyata keçirilməsi və idarə edilməsi sahəsində təkliflər hazırlanması;
- Şöbədaxili riskləri müəyyən edilməsi, qiymətləndirilməsi və aradan qaldırması;
- Sığortaçının könüllü sığorta sinifləri üzrə sığorta qaydalarındakı şərtlərin iqtisadi əsaslandırılmasının metodologiyasının işlənib hazırlanması;
- Həyatın yığım sığortası müqavilələri üzrə sığortaolunanlara verilən borcların son həddinin müəyyən olunması sahəsində təkliflərin verilməsi;
- Müxtəlif sığorta məhsulları üzrə qiymətlərin və hesablamaların elektron sistemə inteqrasiya olunması və təkmilləşdirilməsi prosesində iştirak edilməsi;
- Partnyor banklara və digər təşkilatlara qiymət təklifinin təqdim edilməsi;
- Təkrarsığorta üzrə şəxsi tutumun müəyyən edilməsi üzrə təkliflərin verilməsi;
- Müxtəlif sığorta məhsulları üzrə kalkulyatorların yaradılması və yenilənməsi;
- Müvafiq sığorta məhsulları üzrə xitam prosesinin işlənib hazırlanması və sistemə inteqrasiyasının təmin olunması;
- Risk iştahası bəyannaməsində (RİB) qeyd edilən ölümün reallaşması üzrə metriklərin hesablamalarının (saya və məbləğə nəzərən) icra edilməsi;
- Aşkarlanmış audit faktlarının tədbirlər planının icra edilməsi;
- Rəhbərlikdən gələn tapşırıqlara əsasən xüsusi təhlillərin və hesablamaların aparılması;
- Mövcud məhsulların qiymətləndirilməsi ilə bağlı digər strukturlardan daxil olan sualların cavablandırılması.
Namizədə olan tələblər:
- İş təcrübəsi: Aktuar və ya statistik hesablamalar sahəsi üzrə 1 (bir) il iş təcrübəsi;
- Təhsili/ixtisası: Riyaziyyat, Tətbiqi riyaziyyat (Kompüter Elmləri), İqtisadiyyat, Maliyyə, Statistika, İnformatika, Aktuar ixtisasları üzrə balakavr dərəcəsi;
- Dil bilikləri: Azərbaycan dili: əla, Rus dili: yaxşı, İngilis dili: orta;
- Üstünlüklər: Aktuar lisenziyasının olması, beynəlxalq və ya yerli aktuar imtahanlarından uğurla keçməsi; MS Office Excel-VBA və SQL proqramlaşdırma bilikləri, Magistr dərəcəsinin olması;
- Kompüter bilikləri: MS Excel: yaxşı;
- Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, problem həlletmə.
İmtiyazlar:
- Sizin və ailənizin sağlamlığını qorumaq üçün tibbi sığorta paketləri;
- Korporativ həyat sığortası / Ağır xəstəliklərə qarşı sığorta;
- Fərdi inkişaf planları
- Parkinq;
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.