Strategiya və araşdırmalar şöbəsinin baş mütəxəssisi

  • Deadline 11 Avqust 2025

Vəzifə Öhdəlikləri:

  • Makroiqtisadi göstəricilər haqqında məlumat əldə etmək və göstəricilər üzrə dəyişmələrin sığorta bazarı və şirkətin maliyyə göstəricilərinə təsirini araşdırmaq və mümkün maliyyə nəticələri üzrə rüblük hesabatın hazırlanmasını təmin etmək;
  • Makroiqtisadi və biznes modellərinin hazırlanması;
  • Maliyyə planlaşdırma modellərinin qurulması;
  • Azərbaycan sığorta bazarı üzrə və qanunvericilikdə baş verən dəyişikliklər haqqında məlumat əldə etmək və bu dəyişmələrin sığorta bazarı və şirkətin strategiyasına təsirini araşdırmaq və mümkün nəticələr üzrə hesabat hazırlamaq;
  • Bütün dəyişikliklərlə bağlı təsirini ölçmək üçün modellərin hazırlanması, tətbiqi və təkmilləşdirilməsi;
  • Strateji Planın tərtib olunması zamanı makroiqtisadi göstəricilərin prognozlaşdırılması;
  • Strateji planın tərtib olunması prosesinin təşkili və prosesin aparılmasında iştirak etmək;
  • Strateji və illik ƏFG-lərin təyin olunmasında iştirak etmək;
  • Strateji təhlillərin həyata keçirilməsi;
  • Strateji planın icrası zamanı baş verəcək risklərin və imkanların araşdırması;
  • Strateji planın icrası ilə bağlı hesabatların hazırlanması;

Namizədə olan tələblər:

  • İş təcrübəsi: Sahə üzrə 3 il iş təcrübəsi tələb olunur.
  • Təhsili: Maliyyə, İqtisadiyyat, Riyaziyyat, Biznesin İdarəolunması üzrə bakalavr dərəcəsi
  • Dil bilikləri: İngilis dili:əla ; Rus dili:orta ; Azərbaycan dili:əla ;
  • Kompüter bilikləri: MS Office:əla ; MS Excel:əla ; PowerBI:əla; Stata (yaxud əlaqəli digər program)
  • Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və geniş perspektiv, zamanın idarəolunması, planlaşdırma.

Üstünlüklər:

  • Makroiqtisadiyyat üzrə biliklərin olması, modelləşdirmə üzrə yüksək təcrübənin olması (makroiqtisadiyyat və maliyyə planlama modelləri)
  • Maliyyə beynəlxalq standartları barədə biliklərin olması
  • Bazar iqtisadiyyatı prinsipləri üzrə biliklər
  • Təcrübə - iqtisadçı analtik, hesabatlılıq və audit, strateji planlama
  • Sertifikasiyaların olması – ACCA MA. ACCA FA, DipİFR, CFA 1 arzuolunandır
  • İqtisadi və ya maliyyə təhsili, müvafiq vəzifədə ən azı 2 illik təcrübə
  • Böyük məlumat bazaları ilə işləmək bacarığı
  • İqtisadi modelləşdirmə üzrə biliklər

Biz nə təklif edirik:

  • Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
  • Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
  • Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
  • Ödənişsiz dayanacaq imkanının təmin olunması;
  • “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
  • İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily107
  • Weekly458
  • Monthly577