Təşkilati İnkişaf Şöbəsinin Eksperti

  • Deadline 4 Avqust 2025

İnsan Resursları və Korporativ Kommunikasiya Departamenti

Vəzifə Öhdəlikləri:

Performansın İdarə Edilməsi

  • Performans mədəniyyətinin gücləndirilməsi məqsədilə xidməti fəaliyyətin qiymətləndirilməsi sistemini inkişaf etdirmək və idarə etmək;
  • Planlaşdırma, monitorinq və qiymətləndirmə proseslərinin obyektivliyini və şəffaflığını təmin etmək üçün rəhbər və işçilər arasında maarifləndirmə tədbirləri həyata keçirmək;
  • Performans nəticələrinin təhlili ilə bağlı metriklərin hazırlanmasına və tətbiqinə nəzarət etmək;
  • Qiymətləndirmə nəticələrinə əsaslanaraq əməkdaşların inkişafına dair strategiyalar formalaşdırmaq (maddi motivasiya, rotasiya, karyera artımı və s. üçün əsas kimi istifadə etmək).

İstedadların İdarə Olunması və Karyera İnkişafı

  • İstedadların müəyyən edilməsi və onların inkişafını dəstəkləyən qısa- və uzunmüddətli karyera planlarının hazırlanması və həyata keçirilməsi;
  • Mövcud funksiyalar üzrə metodoloji yanaşmaların və fəaliyyət sahələrinin sistemləşdirilməsi, rol/vəzifə profillərinin müəyyən edilməsi;
  • Ardıcıl əvəzetmə planının formalaşdırılması və rəhbər vəzifələr üzrə ehtiyat kadrların hazırlanması prosesinə nəzarət;
  • Struktur rəhbərlərinin təqdim etdiyi vəzifə artımı təkliflərinə dair əsaslandırılmış rəylərin təhlili;
  • Karyera inkişaf xəritəsinin formalaşdırılması və icrasına nəzarət.

Təlim və İnkişafın Strateji İdarə Olunması

  • Təşkilati və fərdi inkişaf ehtiyaclarını müəyyənləşdirmək məqsədilə illik təlim ehtiyaclarının sistematik şəkildə toplanması, təhlili və prioritetləşdirilməsi üzrə komandaya istiqamət vermək;
  • Öyrənmə və inkişaf üzrə büdcənin planlaşdırılması və resursların optimal şəkildə istifadəsinin təmin edilməsi;
  • İllik təlim planlarının və inkişaf proqramlarının performans, karyera və vəzifə profillərinə əsasən dizayn edilməsi və həyata keçirilməsi;
  • Təlim nəticələrinin effektivliyini ölçmək üçün L&D (Learning & Development) metriklərinin tətbiqi və nəticələrin davamlı təhlili;
  • Xarici və yerli tədris müəssisələri, ekspertlər və beynəlxalq təşkilatlarla əməkdaşlığın qurulması, layihə əsaslı təcrübə mübadiləsinin təşkili;
  • Təlim və inkişaf fəaliyyətlərinə dair strukturlaşdırılmış hesabatların hazırlanması.

Təşkilati İnkişaf və Analitik Təhlillər

  • Əməkdaşların inkişafı ilə bağlı qərarların məlumat əsaslı verilməsini təmin etmək üçün təşkilati inkişaf sahəsində analitik təhlillərin həyata keçirilməsi;
  • Performans, məmnunluq, rotasiya və təlim göstəricilərinin periodik təhlili və OD (Organizational Development) üzrə strategiyaların hazırlanmasında fəal iştirak.

Adaptasiya və Onboarding Proqramlarının İdarə Olunması

  • Yeni işçilərin sürətli və effektiv şəkildə mühitə inteqrasiyası üçün adaptasiya proqramlarının hazırlanması və həyata keçirilməsi;
  • Mövcud proqramların mütəmadi yenilənməsi və təkmilləşdirilməsi üzrə komandaya istiqamət vermək.

Proseslərin Təhlili və İnnovasiyalar

  • Proseslərin təhlil edilməsi və təhlil olunan proseslər üzrə yeni təkliflərin verilməsi;
  • Optimizasiya və innovasiyaların tətbiqi üçün təkliflərin hazırlanması.

Namizədə Tələblər:

  • İş təcrübəsi: Sahə üzrə 3–5 il iş təcrübəsi tələb olunur
  • Təhsil: İstənilən ixtisas üzrə bakalavr dərəcəsi
  • Dil bilikləri: Azərbaycan dili: əla; İngilis dili : əla; Rus dili : orta
  • Kompüter bilikləri: MS Office : əla
  • Üstünlüklər: Sahə üzrə beynəlxalq sertifikatların olması üstünlükdür

Fərdi Keyfiyyət Tələbləri:

  • Analitik düşünmə və problem həll etmə bacarığı;
  • Yüksək təşkilatçılıq və planlaşdırma qabiliyyəti;
  • Güclü ünsiyyət və təqdimat bacarıqları;
  • Komanda ilə işləmə və adaptasiya bacarığı.

Biz nə təklif edirik:

  • Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
  • Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
  • Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
  • Ödənişsiz dayanacaq imkanının təmin olunması;
  • “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
  • İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily13
  • Weekly576
  • Monthly2289