Təşkilatı və model risklərin idarə edilməsi şöbəsinin kiçik mütəxəssisi

Təşkilatı və model risklərin idarə edilməsi şöbəsinin kiçik mütəxəssisi

  • Deadline 13 Yanvar 2026

Risklərin idarəedilməsi departamenti, Təşkilatı və model risklərin idarə edilməsi şöbəsi

Vəzifə Öhdəlikləri:

  • Risklərin ehtimal və təsirinin təhlili, risk xəritələrinin hazırlanmasında iştirak;
  • Risk göstəricilərinin (KRI, RAS) izlənməsi və vaxtında eskalasiya edilməsi;
  • İdarə Heyəti, Risk Komitəsi və CRO üçün hesabatların hazırlanması;
  • Risk limitlərinin icrasının monitorinqi və nəzarət prosesinə dəstək;
  • ORSA prosesinə dəstək və kapital adekvatlığına təsirin qiymətləndirilməsində iştirak;
  • ESG risklərinin qiymətləndirilməsi və hesabatlılıq prosesinə dəstək;
  • Şirkət daxilində risk mədəniyyətinin formalaşdırılması və artırılması üzrə təşəbbüslərdə iştirak;
  • Struktur bölmələrindən daxil olan sorğuların vaxtında və keyfiyyətlə icrasına dəstək.

Namizədə olan tələblər:

  • İş təcrübəsi: Sahə üzrə iş təcrübəsi tələb olunmur.
  • Təhsili/ixtisası: Riyaziyyat, İqtisadiyyat, Maliyyə, Biznes və ya əlaqəli sahələr üzrə bakalavr dərəcəsi
  • Dil bilikləri: Azərbaycan dili:əla , İngilis dili:əla
  • Kompüter bilikləri: MS Office:əla
  • Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma; Müştəri yönümlülük; İnam yaratma; Komanda işi; Əməkdaşlıq və keyfiyyət yönümlülük; Məlumat əldəetmə; Problem həlletmə; Analitik düşüncə və problem həll etmə bacarığı.

Üstünlüklər:

  • Ümumi iş təcrübəsi arzuolunandır
  • ERM sahəsi üzrə beynəlxalq sertifikasiyaların mövcud olması arzuolunandır

Biz nə təklif edirik:

  • Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
  • Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
  • Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
  • Ödənişsiz dayanacaq imkanının təmin olunması;
  • “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
  • İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily0
  • Weekly762
  • Monthly784