IT xidmətləri və dəstək departamenti
Vəzifə Öhdəlikləri:
- Şirkətin bütün struktur bölmələrinin əməkdaşlarının kompüter avadanlıqlarında və proqram təminatında meydana çıxan istənilən nasazlıqların aradan qaldırılması üçün texniki yardımın göstərilməsi və qüsurların qarşısını almaq məqsədilə təcili tədbirlər görülməsi;
- Printer, skaner və digər periferiya qurğuların quraşdırılması və texniki qulluğun göstərilməsi;
- Daxil olan müraciətlərin sistemdə qeydiyyatının aparılması və operativ həll edilməsi;
- Yeni əməkdaşlar üçün kompüter və avadanlıqların quraşdırılmasını, şəbəkədə tanınmasını icra etmək;
- İstifadədə olan soft lisenziyalarının araşdırılması və daimi nəzarətdə saxlanılmasını icra edilməsi;
- Lazımi yeni lisenziyaların, proqram təminatının, avadanlıqların və digər İT sifarişlərin həyata keçirilməsi işinin təşkil edilməsi;
- İnformasiya texnologiyaları infrastrukturunun inkişafı və texniki cəhətdən modernləşdirilməsi istiqamətində işlərin görülməsi;
- Şirkətin əməkdaşlarının öz iş fəaliyyətlərində informasiya texnologiyalarından istifadə, onların bu sahədə bilik və bacarıqlarının artırılması işinin təşkil edilməsi;
- Birbaşa rəhbərin göstərişi ilə digər aidiyyəti tapşırıqları yerinə yetirmək və şirkətin struktur bölmələrinin sifarişlərini vaxtında və lazımi səviyyədə icra etmək.
Namizədə olan tələblər:
- İş təcrübəsi: İT sahəsi üzrə 3 il iş təcrübəsi tələb olunur
- Təhsili: İstənilən ixtisas üzrə bakalavr dərəcəsi
- Dil bilikləri: Azərbaycan dili:əla, İngilis dili:orta
- Kompüter bilikləri: MS Office: orta
Üstünlüklər:
- Çağrı Mərkəzi sistemləri üzrə iş təcrübəsi;
- ADDS, DNS, DHCP, GPO və s. sistemləri üzrə iş təcrübəsi;
- File Server, Print Server, WSUS, WDS Server üzrə iş təcrübəsi;
- İnfrastruktur monitoring sistemləri üzrə iş təcrübəsi;
- TCP/IP networking (subnets, firewall rules və s.) anlayışı;
- Windows server versiyalarında və/və ya Azure texnologiyalarında Microsoft sertifikatların olunması.
Biz nə təklif edirik:
- Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
- Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
- Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
- Ödənişsiz dayanacaq imkanının təmin olunması;
- “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
- İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları
Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan link-ə daxil ola bilərlər. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.