PASHA Property PASHA Property

PASHA Property

Əmlakın idarəedilməsi

Təlim və İnkişaf üzrə mütəxəssis

  • Deadline 26 Dekabr 2025

PAŞA Property Management “Təlim və İnkişaf üzrə mütəxəssis” vakansiyası üzrə işə qəbul elan edir.

Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq.

Təsvir

  • Şirkət səviyyəsində təlim ehtiyaclarının analizini həyata keçirmək;
  • İllik və rüblük təlim və inkişaf planlarını hazırlamaq və icrasını təmin etmək;
  • Təlim mövzularını, formatlarını və təlimçi seçimlərini müəyyənləşdirmək;
  • Daxili və xarici təlimlərin təşkili və koordinasiyasını həyata keçirmək;
  • Təlim sonrası qiymətləndirmə və effektivlik analizləri aparmaq;
  • Yeni işçilərin oriyentasiya (onboarding) proqramlarını hazırlamaq və icra etmək;
  • Ehtiyac olduğu təqdirdə şirkətdaxili təlim proqramlarının keçirilməsi;
  • Təlimlərlə bağlı hesabatların, iştirakçı siyahılarının və rəy formalarının hazırlanmasını təmin etmək;
  • Təlim və inkişaf proseslərinin davamlı təkmilləşdirilməsinə töhfə vermək.

Tələblər

  • Bakalavr dərəcəsi. İnsan Resursları üzrə beynəlxalq sertifikat arzu olunandır;
  • Minimum 2 il L&D və ya İR sahəsində iş təcrübəsi;
  • Azərbaycan, rus və ingilis dillərində sərbəst danışıq və yazı bacarığı;
  • MS Office proqramlarından (xüsusilə Power Point ve Excel) yüksək səviyyədə istifadə bacarığı;
  • Təlimlərin hazırlanması və fasilitasiya bacarığı;
  • LMS və rəqəmsal təlim alətləri ilə işləmək bacarığı üstünlükdür;
  • Güclü ünsiyyət və təqdimat bacarığı;
  • Analitik və təşkilati bacarıqlar;
  • Komanda ilə əməkdaşlıq və təşəbbüskarlıq qabiliyyəti.

Vakansiya haqqında

  • Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily0
  • Weekly400
  • Monthly1579