PASHA Property PASHA Property
  • 530

PASHA Property

Əmlakın idarəedilməsi

Təmizlik xidmətləri üzrə qrup rəhbəri

  • Deadline 4 Aprel 2026

PAŞA Property Management “Təmizlik xidmətləri üzrə qrup rəhbəri” vakansiyası üzrə işə qəbul elan edir.

Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq.

Təsvir

  • Təmizlik heyətinin fəaliyyətinə nəzarət və koordinasiya: tapşırıqların bölgüsü, təlimlərin keçirilməsi və iş keyfiyyətinin qiymətləndirilməsi yolu ilə müəyyən edilmiş standartların təmin edilməsi.
  • Əmlakın bütün sahələri üzrə mütəmadi yoxlamaların aparılması, təmizlik və gigiyena standartlarına uyğunluğun təmin edilməsi.
  • Əməkdaşlarla birbaşa ünsiyyətin qurulması, onlara metodiki dəstəyin göstərilməsi və görülən işlər üzrə geribildirimlərin verilməsi.
  • Təmizlik ləvazimatları və avadanlıqlarının ehtiyatlarının izlənilməsi, vaxtında təminatın təşkili və yenilənməsinin koordinasiyası.
  • Təmizliklə bağlı yaranan problem və iradların operativ və effektiv şəkildə aradan qaldırılması.
  • Təmizlik işlərinə dair sənədləşmənin aparılması, o cümlədən iş qrafikləri, yoxlama hesabatları və əməkdaşların fəaliyyət qiymətləndirmələrinin qeydiyyatı.
  • Texniki xidmət və əmlakın idarə edilməsi şöbələri ilə əməkdaşlıq edərək təmizlik işlərinin koordinasiyası və xüsusi tələblərin icrası.
  • Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasının təmin edilməsi, təmizlik heyəti üçün təhlükəsiz iş mühitinin yaradılması.

Tələblər

  • Təmizlik və ya hospitality sahəsində 3-4 il iş təcrübəsi;
  • Güclü təşkilatçılıq və vaxtın idarə edilməsi bacarıqları;
  • Təmizlik texnologiyaları, vasitələri və avadanlıqları üzrə biliklər;
  • Azərbaycan dilində yaxşı şifahi və yazılı ünsiyyət bacarığı, ingilis və rus dili biliyi üstünlükdür;
  • Kimyəvi maddələr, təmizləyici materiallar və s. yüksək səviyyədə biliklərə sahib olmaq;
  • MS Office və təmizlik idarəetmə proqramları üzrə bacarıqlar (üstünlükdür).

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily0
  • Weekly473
  • Monthly476