Hal-hazırda “PAŞA Technology” MMC “Biznesin İnkişafı üzrə menecer” vəzifəsi üzrə vakansiya elan edir.
Əsas öhdəliklər:
- Yüksək dəyərli B2B müştərilər üzrə yeni imkanların müəyyən edilməsi və inkişaf etdirilməsi;
- Kommersiya strategiyalarının və satış planlarının hazırlanmasında rəhbərliyə məsləhət verilməsi;
- Şirkətin xidmət portfelinin bazar ehtiyaclarına uyğunlaşdırılması üçün bazar trendlərinin təhlil edilməsi;
- Regional və sektoral bazarlarda genişlənmə üçün təkliflərin hazırlanması və təqdim edilməsi;
- Böyük müqavilələrin idarə olunması və uzunmüddətli strateji əməkdaşlıqların qurulması;
- Məhsul, hüquq və maliyyə komandaları ilə qarşılıqlı əməkdaşlıq edən funksiyalararası layihələrə rəhbərlik edilməsi;
- Daxili hesabatların hazırlanması və satış performans göstəricilərinin optimallaşdırılması üçün tövsiyələrin verilməsi;
- Təqdim olunan strategiyaların ROI (gəlirlilik) analizləri və rəhbərlik üçün əsaslandırılmış hesabatların hazırlanması
Tələb olunan bilik və bacarıqlar:
- Ali təhsil;
- Minimum 5 il strateji satış və biznesin inkişafı sahəsində təcrübə;
- Ən azı 2 il yüksək dəyərli (enterprise-level) müqavilələrlə işləmə təcrübəsi;
- CRM sistemlərində (HubSpot, Salesforce və s.) ekspert səviyyəsində bacarıq;
- Satış məlumatlarının təhlili;
- Strateji düşüncə və qərar vermə bacarığı
- Təsir və inandırma qabiliyyəti – yüksək səviyyəli danışıqlarda uğurlu nəticələr
- Komandadaxili və funksiyalararası əməkdaşlığa rəhbərlik
- Yüksək nəticəyə yönəlik performans mədəniyyəti yaratmaq bacarığı
- Kommersiya göstəricilərinin idarə olunması və təhlil bacarığı
- Stress altında işləmə və prioritetləri düzgün müəyyənləşdirmə qabiliyyəti
- Təşəbbüskar olmaq;
- Təqdimat bacarıqları;
- Danışıqlar aparmaq və ünsiyyətqurma bacarığı;
- Vaxtın və stressin effektiv idarə olunması bacarığı;
- Məsuliyyətlilik, dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti;
- Komandada işləmə bacarığı;
- Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
- Məntiqi və analitik düşünmə tərzi.
Təcrübə
- Minimum 5 il B2B satış təcrübəsi (bulud xidmətləri və ya texnologiya sahəsində üstünlükdür);
- Azərbaycan, Rus və İngilis dilində səlis danışıq.
Müraciət etmək istəyən namizədlər vakansiyanın adını “mövzu” bölməsində qeyd etməklə CV-ni Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün vakansiyanın tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.