PASHA Technology PASHA Technology
  • 332

PASHA Technology

IT

DevOps mühəndisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

DevOps mühəndisi

  • Deadline 22 Oktyabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Hal-hazırda “PAŞA Technology” MMC  “DevOps mühəndisi” vəzifəsi üzrə vakansiya elan edir.

Əsas öhdəliklər:

  • Kubernetes klasterlərini (on-prem, bare-metal və ya cloud) layihələndirmək, yerləşdirmək və idarə etmək.
  • Kubernetes infrastrukturunu və onun komponentlərini idarə etmək və optimallaşdırmaq, çox istifadəçili mühitdə maksimum əlçatanlığı, miqyaslılığı və məhsuldarlığı təmin etmək. 
  • Müştərilərin Kubernetes infrastrukturunun məhsuldarlıq gözləntilərinə cavab verməsini təmin etmək, problemləri səmərəli şəkildə həll etmək və müştərinin biznes məqsədlərinə uyğun həllər təqdim etmək üçün müştərilərlə aktiv şəkildə əlaqə saxlamaq.
  •  Prometheus, Grafana, ELK/EFK, Loki, Velero və digər açıq mənbə alətlərdən istifadə edərək monitorinq, loqlama, ehtiyat nüsxələmə və xəbərdarlıq sistemlərini tətbiq etmək və idarə etmək.
  • Avtomatlaşdırma, məhsuldarlıq və müştəri məmnuniyyətinə diqqət yetirməklə bulud əməliyyatlarında, infrastrukturda və proseslərdə davamlı təkmilləşdirmələr aparmaq üçün çoxfunksiyalı qruplarla əməkdaşlıq etmək.
  • Sistemin məhsuldarlığı, insidentlər və yeniləmələr haqqında aydın, müfəssəl hesabatlar təqdim etmək üçün daxili qruplarla və müştərilərlə sıx əməkdaşlıq etmək. Əməliyyatın səmərəliliyini və layihənin gedişatını qiymətləndirmək üçün rəhbərliklə müntəzəm görüşlərdə iştirak etmək.
  • Klaster və iş yükünün (workload) təhlükəsizliyini (RBAC, Pod Security Standards, Network Policies, Istio/Service Mesh) təmin etmək.
  • İdarəetmə qatına (control plane) və verilənlər qatına (data plane) təsir edən klaster və şəbəkə səviyyəli problemləri aradan qaldırmaq.
  • Kubernetes arxitektirasının dizaynına, optimallaşdırılmasına və  miqyaslaşdırılmasına  töhfə vermək, həm daxili, həm də müştəri yönümlü bulud mühitlərində  qüsursuz əlaqə və yüksək məhsuldarlığı təmin etmək.
  • Çoxsaylı platformalarda və mühitlərdə müştəri məlumatları üçün səmərəli şəkildə məlumatların toplanmasını,  məhsuldarlığı və nasazlığın aradan qaldırılmasını təmin etməklə həm yerli, həm də bulud əsaslı Kubernetes həllərini idarə etmək.
  • Virtuallaşdırılmış mühitlərdə səmərəli resurs bölgüsünü, nasazlığa dözümlülüyü və müştərinin iş yükünün idarə edilməsini təmin etməklə VMware, Hyper-V və RHEV kimi virtuallaşdırma platformalarına nəzarət etmək.
  • Terraform, Ansible və ya Helm vasitəsilə infrastrukturun təmin edilməsi, idarə edilməsi üçün avtomatlaşdırılmış prosesləri işləyib  hazırlamaq və həyata keçirmək və mexaniki müdaxiləni miqyaslaşdırmaq, azaltmaq və bulud xidmətlərinin səmərəliliyini artırmaq.
  • Müştərilərin iş yükləri üçün yüksək əlçatanlığı, təhlükəsizliyi və optimal məhsuldarlığı təmin etməklə həm Windows, həm də Linux əsaslı bulud sistemləri üçün idarəetməni və dəstəyi təmin etmək
  • Bulud infrastrukturunun və tətbiqlərin fasiləsiz işləməsini təmin etməklə Lokal proqram təminatı ilə bağlı problemləri aradan qaldırmaq və həll etmək, və müştərilərə proqram təminatı səviyyəsində dəstək göstərmək.

Tələb olunan bilik və bacarıqlar:

Təhsil:

  • Texniki sahədə Ali təhsil.
  • Mühəndislik və ya kimi texniki sahələr üzrə dərəcəyə üstünlük verilir.

Təcrübə və bacarıqlar

  • IT üzrə sertifikat və dərin peşə bilikləri: 
  • VMware (VCP, VCDX);
  • Microsoft (MCSA, MCP);
  • RedHat (RHCA, RHCE);
  • Cisco (CCNA, CCNP, CCIE);
  • Palo Alto 
  • Mürəkkəb mühitin idarə olunması üzrə 5 ildən yuxarı təcrübə;
  • Dəyişiklik və Buraxılışın İdarə edilməsi, o cümlədən İTİL mexanizmləri üzrə böyük təcrübə;
  • Müvafiq WAN/LAN texnologiyaları, serverin virtuallaşdırılması, məlumatların saxlanması, təhlükəsizlik texnologiyaları və verilənlər bazası üzrə təcrübə;
  • Mövcud olan və yeni yaranan  İT texnologiyaları barədə dərin bilik;
  • Linux əməliyyat sistemləri (RHEL, Oracle Linux, Suse), Solaris, BSD sistemləri üzrə təcrübə;
  • Firewall-lar, router-lər, switch-lər, DNS, DHCP, VPN-lər, FTP, İnternet protokolları və xidmətləri və data kommunikasiya məhsulları haqqında bilgi;
  • Saxlama Sahəsi şəbəkələrini və protokollarını (FCP, FCIP, FCoE), çox  traektoriyalı texnologiyaları (MPIO), diskləri, həcmləri, montaj nöqtələrini aydın şəkildə başa düşmək;
  • Avadanlığa texniki xidmət bacarıqlar;
  • Yüksək əlçatanlıq və ehtiyat; 
  • Datacenter mühiti haqqında bilgi

Kompüter Bilikləri

  • "Visio"/"AutoCAD" proqram təminatları;
  • "Microsoft Office" proqramları və alətləri üzrə biliklər;
  • Proqramlaşdırma dilləri ("Python" və s.) üzrə təcrübəyə sahib olmaq üstünlükdür;
  • Məlumat Mərkəzləri mühiti və "Tier" standartları üzrə biliklər.

Dil bilikləri:

  • Azərbaycan, Rus və İngilis dilində sərbəst ünsiyyət qurmaq.

Digər bacarıqlar:

  • Biliyini artırmaq və özünü inkişaf etdirmək arzusu;
  • Gündəlik əməliyyatlarda dürüst olmaq:  hər zaman düzgün addımları düzgün yollarla atmaq;
  • Əməliyyat keyfiyyətini dəstəkləmək;
  • Təşkilat daxilində həmkarlar və təchizatçılar/ortaqlar arasında yaxın əməkdaşlıq prinsiplərini dəstəkləmək.

Müraciət etmək istəyən namizədlər vakansiyanın adını “mövzu” bölməsində qeyd etməklə CV-ni Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün  vakansiyanın tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanacaq.

  • Daily169
  • Weekly380
  • Monthly743