Hal-hazırda “PAŞA Technology” MMC Elektrik mühəndisi (Göyçay şəhəri) vəzifəsi üzrə vakansiya elan edir.
Əsas öhdəliklər:
- Yüksək və alçaq gərginlikli kommutasiya aparatlarının, elektrik panellərinin və enerji paylama sistemlərinin istismarının və texniki xidmətinin təmin edilməsi.
- UPS sistemlərinin, dizel generatorlarının və ehtiyat enerji sistemlərinin fasiləsiz və etibarlı işləməsinin təmin edilməsi.
- Soyutma və iqlimləndirmə avadanlıqlarının (CRAH, CRAC, Chiller və s.) istismarının və texniki xidmətinin həyata keçirilməsi.
- BMS, HMI və enerji monitorinq sistemləri vasitəsilə avadanlıqların daimi monitorinqinin aparılması və zəruri hallarda operativ müdaxilənin təmin edilməsi.
- Profilaktik və planlı texniki xidmət (PPM) işlərinin planlaşdırılması, təşkili və icrasının təmin edilməsi.
- Enerji kəsintiləri və elektrik avadanlıqlarında yaranan nasazlıqların operativ şəkildə müəyyən edilməsi və aradan qaldırılması.
- Təmir, yenilənmə və texniki təkmilləşdirmə işləri zamanı aidiyyəti şöbə və departamentlərlə koordinasiyanın təmin edilməsi.
- Elektrik təhlükəsizliyi qaydalarına, standartlara və şirkətin daxili siyasət və prosedurlarına riayət olunmasının təmin edilməsi.
- Texniki hesabatların hazırlanması, SOP, MOP və EOP sənədlərinin tərtib edilməsi və mütəmadi yenilənməsinin təmin edilməsi.
- Data Mərkəzləri əməliyyatlarının yüksək əlçatanlıq prinsiplərinə və Tier standartlarının tələblərinə uyğun şəkildə idarə olunmasının təmin edilməsi.
Tələb olunan bilik və bacarıqlar:
Təhsil:
- Müvafiq istiqamət üzrə Ali təhsil.
Təcrübə
- Müvafiq sahə üzrə minimum 1–3 il iş təcrübəsi (kritik infrastruktur və ya sənaye obyektlərində təcrübə üstünlükdür).
- UPS, dizel generator, elektrik paylama sistemləri və soyutma avadanlıqları üzrə texniki bilik.
- Data Mərkəzləri mühiti və Tier standartları haqqında anlayış.
- İT xidmətləri və infrastrukturunun əsas prinsipləri barədə ilkin bilik.
- MS Office proqramlarında işləmə bacarığı.
- Azərbaycan və İngilis dillərində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı.
- Analitik düşünmə və problemlərin operativ həlli bacarığı.
- Müstəqil və komanda şəraitində işləmə bacarığı.
- Öyrənməyə açıq və peşəkar inkişafa meylli olmaq.
Dil bilikləri:
- İngilis dili - Yaxşı
- Azərbaycan dili - Ana dili
- Rus dili – Yaxşı
Fərdi bacarıqları\ Davranışlar:
- Biliyini artırmaq və özünü inkişaf etdirmək arzusu;
- Gündəlik əməliyyatlarda dürüst olmaq:
- Əməliyyatların keyfiyyətini təmin etmək;
- Qurum daxilində, həmkarlar, təchizatçılar və tərəfdaşlarla sıx əməkdaşlıq prinsiplərinə əməl etmək.
Müraciət etmək istəyən namizədlər vakansiyanın adını “mövzu” bölməsində qeyd etməklə CV-ni Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün vakansiyanın tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.