PASHA Technology PASHA Technology
  • 677

PASHA Technology

IT

Məlumatların mühafizəsi və idarəetməsi üzrə baş mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Məlumatların mühafizəsi və idarəetməsi üzrə baş mütəxəssis

  • Deadline 6 May 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

“PAŞA Technology” Məhdud Məsuliyyətli Cəmiyyət (“PAŞA Technology” və ya “PAŞA Technology” MMC) İT xidmətlər provayderi olaraq 2018-ci ildə yaradılıb.

"PAŞA Technology"-nin məqsədi "PAŞA Holding” MMC-nin törəmə şirkətləri üçün İT xidmətləri, "Cloud Computing", kiber təhlükəsizlik əməliyyatları və məlumatların emalı mərkəzinin idarə edilməsi xidmətlərini təmin etməkdir.

Hal-hazırda “PAŞA Technology” Məlumatların mühafizəsi və idarəetməsi üzrə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Əsas öhdəliklər:

  • Məlumatların qorunması üzrə idarəetmə çərçivələrinin tətbiqi və davamlılığının təmin edilməsi.
  • Platforma təhlükəsizlik nəzarətlərinin (policies, standards, procedures) müstəqil şəkildə qiymətləndirilməsi və təsdiqlənməsi.
  • Data sharing, access request, audit log, incident və üçüncü tərəflərlə məlumat mübadiləsi üzrə təhlükəsizlik tələblərinə uyğunluğun yoxlanılması.
  • Təşkilatda məlumat təhlükəsizliyi mədəniyyətinin gücləndirilməsi.
  • Şirkət daxilində qəbul edilmiş çərçivələrə uyğunluğun təmin edilməsi.
  • Məlumatların təsnifatı, dövriyyəsi və saxlanılması üzrə idarəetmə proseslərinin müəyyən edilməsi və istiqamətləndirilməsi.
  • ISO 27001, ISO 27017, ISO 27018 və PCI DSS standartlarına uyğunluğun təmin edilməsi.
  • Yeni sistem və platformalar üzrə təhlükəsizlik risklərinin qiymətləndirilməsində iştirak.
  • Daxili və xarici auditlər üçün tələb olunan sübut və sənədlərin hazırlanması.
  •  Platforma, SOC, Cloud Operations və DevOps komandalarına məlumat təhlükəsizliyi üzrə tələblərin təqdim edilməsi.
  • Təhlükəsizlik tapşırıqları, audit nəticələri və uyğunsuzluqlar üzrə tədbirlərin icrasının izlənilməsi.
  • DLP qaydalarının tətbiqi, texniki nəzarətlərin doğrulanması və idarə edilməsi.
  • Riskyönümlü qərarvermə və özüldən təhlükəsizlik “security-by-design” yanaşmasının təşviqi.
  • Data protection governance sənədlərinin (policies, standards, procedures) hazırlanması və mütəmadi yenilənməsi.
  • Təhlükəsizlik üzrə maarifləndirmə və məlumatlandırma fəaliyyətlərinə dəstək.
  • İdarəetmə proseslərinin optimallaşdırılması və təkmilləşdirilməsi.
  • Data yönümlü görüş və tədbirlərdə iştirak.

Tələb olunan bilik və bacarıqlar:

Təhsil:

  • Müvafiq istiqamət üzrə Ali təhsil;

Təcrübə

  • İnformasiya təhlükəsizliyi üzrə idarəetmə (governance), risklərin idarə edilməsi və ya uyğunluq istiqamətlərində minimum 3–5 il iş təcrübəsi. 
  • Məlumatların həyat dövrünün idarə edilməsi  (Data lifecycle management) və məlumatların təsnifatı üzrə bilik və praktiki tətbiq təcrübəsi. 
  • Təhlükəsizlik siyasətləri və prosedurlarının hazırlanması və idarə olunması üzrə təcrübə. 
  • Bulud təhlükəsizliyi prinsipləri ilə işləmə təcrübəsi. 
  •  Data mərkəzinin mühiti və Tier standartları haqda anlayış  
  • Bulud modelləri və Bulud təhlükəsizliyi haqda biliklər

Kompütür Bilikləri

  • Microsoft Office 365 proqramlarından istifadə bacarıqları;
  • Windows 11 zrə bilik;

Dil bilikləri:

  • İngilis dili - Yaxşı
  • Azərbaycan dili - Ana dili
  • Rus dili – Yaxşı

Fərdi bacarıqları\ Davranışlar:

  • Biliyini artırmaq və özünü inkişaf etdirmək arzusu;
  • Gündəlik əməliyyatlarda dürüst olmaq: 
  • Əməliyyatların keyfiyyətini təmin etmək;
  • Qurum daxilində, həmkarlar, təchizatçılar və tərəfdaşlarla sıx əməkdaşlıq prinsiplərinə əməl etmək.

Son müraciət tarixi: 03 may 2026-cı il.

Müraciət etmək istəyən namizədlər vakansiyanın adını “mövzu” bölməsində qeyd etməklə CV-ni Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün  vakansiyanın tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanacaq.

  • Daily92
  • Weekly366
  • Monthly750