Əsas öhdəliklər:
- Şirkət siyasətinə və hüquqi normalara uyğun olaraq daxili və xarici müştəri və vendorlarla danışıqlar əsasında müvafiq müqavilələr hazırlamaq və nəzərdən keçirmək;
- Müqavilələrin vaxtında icrasını və çatdırılmasını təmin etmək;
- Müqavilələrin statusunu, yenilənməsini və dəyişikliklərini izləmək üçün sistem yaratmaq və onu idarə etmək;
- Müqavilə performansını izləmək və bütün şərtlərə riayət olunmasını təmin etmək;
- Müqavilə şərtlərinin düzgün icrasını təmin etmək və ortaya çıxan məsələləri və ya mübahisələri həll etmək üçün daxili şöbələr və xarici tərəflərlə əməkdaşlıq etmək;
- Müşahidə Şurasının iclaslarını planlaşdırmaq və koordinasiya etmək. Bütün zəruri sənədlərin və hesabatların əvvəlcədən hazırlanmasını və paylanmasını təmin etmək;
- Rəhbərliklə birlikdə iclas gündəmlərini hazırlamaq;
- İclaslarda olan müvafiq müzakirələrin, qərarların və fəaliyyət planlarınının qeydlərini dəqiqliklə aparmaq;
- Rəsmi iclas protokollarını hazırlamaq və aidiyyəti tərəflərə təqdim etmək;
- Protokolların təsdiqlənməsini və düzgün arxivləşdirilməsini təmin etmək;
- Müşahidə Şurası üzvləri, rəhbərlik və digər tərəflər arasında əlaqə nöqtəsi kimi fəaliyyət göstərmək;
- Kommunikasiyanı asanlaşdırmaq və məlumat mübadiləsinin axıcılığını təmin etmək;
- İclasların nəticəsi olaraq fəaliyyət planlarını izləmək və vaxtında həll edilməsini təmin etmək;
- Müqavilələrin, iclasların və protokolların şirkət siyasətini, hüquqi tələblər və korporativ idarəetmə təcrübələrinə uyğun olmasını təmin etmək;
- Müqavilələrin statusunu, idarəetmə məsələləri və keçiriləcək iclaslarla bağlı rəhbərliyə müntəzəm hesabatlar hazırlamaq;
- Müqavilələrin, protokolların və iclas qeydlərinin düzgün sənədləşdirilməsini və arxivləşdirilməsini təmin etmək.
Tələb olunan bilik , bacarıqlar və təcrübə:
- Ali təhsil dərəcəsi- Biznesin İdarə Edilməsi, Hüquq və ya əlaqəli sahədə bakalavr dərəcəsi.
- Hüquq, korporativ idarəetmə təcrübələri və hüquqi terminologiya haqqında dərin biliklər.
- Müqavilə idarəçiliyi, korporativ idarəetmə və ya hüquqi məsələlər üzrə təcrübənin olmasına üstünlük verilir.
- Aydın və dəqiq iclas qeydləri və protokollar hazırlamaq bacarığı.
- Dil bilikləri-Azərbaycan, İngilis və Rus dillərində səlis danışmaq;
- Güclü təşkilati, problem həll etmə və vaxtın idarə olunması bacarıqları.
- Müstəqil işləmək və rəhbərlik, eləcə də şura üzvləri ilə effektiv əməkdaşlıq etmək bacarığı.
- Microsoft Office (Word, Excel, PowerPoint) proqramlarında yüksək səviyyədə bilik;
Son müraciət tarixi: 29 yanvar 2025-ci il.
Müraciət etmək istəyən namizədlər vakansiyanın adını “mövzu” bölməsində qeyd etməklə CV-ni elektron poçt ünvanına göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün vakansiyanın tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.