PASHA Technology PASHA Technology
  • 1.6K

PASHA Technology

IT

Müqavilələr və Protokollar üzrə kiçik mütəxəssis/mütəxəssis

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Müqavilələr və Protokollar üzrə kiçik mütəxəssis/mütəxəssis

  • Истекает 28 январь 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

 Əsas öhdəliklər:

  • Şirkət siyasətinə və hüquqi normalara uyğun olaraq daxili və xarici müştəri və vendorlarla danışıqlar əsasında müvafiq müqavilələr hazırlamaq və nəzərdən keçirmək;
  • Müqavilələrin vaxtında icrasını və çatdırılmasını təmin etmək;
  • Müqavilələrin statusunu, yenilənməsini və dəyişikliklərini izləmək üçün sistem yaratmaq və onu idarə etmək;
  • Müqavilə performansını izləmək və bütün şərtlərə riayət olunmasını təmin etmək; 
  • Müqavilə şərtlərinin düzgün icrasını təmin etmək və ortaya çıxan məsələləri və ya mübahisələri həll etmək üçün daxili şöbələr və xarici tərəflərlə əməkdaşlıq etmək;
  • Müşahidə Şurasının iclaslarını planlaşdırmaq və koordinasiya etmək. Bütün zəruri sənədlərin və hesabatların əvvəlcədən hazırlanmasını və paylanmasını təmin etmək; 
  • Rəhbərliklə birlikdə iclas gündəmlərini hazırlamaq;
  • İclaslarda olan müvafiq müzakirələrin, qərarların və fəaliyyət planlarınının qeydlərini dəqiqliklə aparmaq; 
  • Rəsmi iclas protokollarını hazırlamaq və aidiyyəti tərəflərə təqdim etmək;
  • Protokolların təsdiqlənməsini və düzgün arxivləşdirilməsini təmin etmək;
  • Müşahidə Şurası üzvləri, rəhbərlik və digər tərəflər arasında əlaqə nöqtəsi kimi fəaliyyət göstərmək;
  • Kommunikasiyanı asanlaşdırmaq və məlumat mübadiləsinin axıcılığını təmin etmək;
  • İclasların nəticəsi olaraq fəaliyyət planlarını izləmək və vaxtında həll edilməsini təmin etmək;
  • Müqavilələrin, iclasların və protokolların şirkət siyasətini, hüquqi tələblər və korporativ idarəetmə təcrübələrinə uyğun olmasını təmin etmək;
  • Müqavilələrin statusunu, idarəetmə məsələləri və keçiriləcək iclaslarla bağlı rəhbərliyə müntəzəm hesabatlar hazırlamaq;
  • Müqavilələrin, protokolların və iclas qeydlərinin düzgün sənədləşdirilməsini və arxivləşdirilməsini təmin etmək.

Tələb olunan bilik , bacarıqlar və təcrübə:

  • Ali təhsil dərəcəsi- Biznesin İdarə Edilməsi, Hüquq və ya əlaqəli sahədə bakalavr dərəcəsi.
  • Hüquq, korporativ idarəetmə təcrübələri və hüquqi terminologiya haqqında dərin biliklər.
  • Müqavilə idarəçiliyi, korporativ idarəetmə və ya hüquqi məsələlər üzrə təcrübənin olmasına üstünlük verilir.
  • Aydın və dəqiq iclas qeydləri və protokollar hazırlamaq bacarığı.
  • Dil bilikləri-Azərbaycan, İngilis və Rus dillərində səlis danışmaq;
  • Güclü təşkilati, problem həll etmə və vaxtın idarə olunması bacarıqları.
  • Müstəqil işləmək və  rəhbərlik, eləcə də şura üzvləri ilə effektiv əməkdaşlıq etmək bacarığı.
  • Microsoft Office (Word, Excel, PowerPoint) proqramlarında yüksək səviyyədə bilik;

Son müraciət tarixi: 29 yanvar 2025-ci il.

Müraciət etmək istəyən namizədlər vakansiyanın adını “mövzu” bölməsində qeyd etməklə CV-ni elektron poçt ünvanına göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün  vakansiyanın tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily0
  • Weekly696
  • Monthly1519