PASHA Technology PASHA Technology
  • 302

PASHA Technology

IT

TƏM (Təhlükəsizlik Əməliyyat Mmərkəzi) bölməsinin rəhbəri

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

TƏM (Təhlükəsizlik Əməliyyat Mmərkəzi) bölməsinin rəhbəri

  • Истекает 26 май 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Hal-hazırda “PAŞA Technology” TƏM (Təhlükəsizlik Əməliyyat Mmərkəzi) bölməsinin rəhbəri” vəzifəsi üzrə vakansiya elan edir.

Əsas öhdəliklər:

  • TƏM əməliyyatlarını biznes strategiyası, prioritetlər və təşkilatın riskə yanaşması ilə tam uyğunlaşdırmaq.
  • Kibertəhlükəsizlik insidentlərinin biznes, maliyyə, əməliyyat və reputasiya təsirlərinə sahiblik etmək və bu təsirləri minimum səviyyəyə endirmək.
  • Kritik biznes xidmətlərinin və müştəriyönümlü platformaların dayanıqlılığını və fasiləsizliyini təmin etmək.
  • Aydın, biznes yönümlü kiberrisk məlumatları təqdim etməklə rəhbərliyin qərarvermə prosesini effektiv şəkildə dəstəkləmək.
  • TƏM xidmətlərini xərc baxımından səmərəli şəkildə təqdim edərək təhlükəsizlik investisiyalarından maksimum dəyər əldə olunmasını təmin etmək. Zəruri hallarda SOCaaS/MSSP modelləri də daxil olmaqla, həm mövcud əməliyyatları, həm də gələcək inkişaf istiqamətlərini dəstəkləyən TƏM (SOC) imkanlarını inkişaf etdirmək. 
  • Təşkilatın biznes məqsədləri və riskə yanaşması ilə uyğun şəkildə SOC strategiyasını, prioritetlərini və inkişaf yol xəritəsini müəyyən etmək və həyata keçirmək.
  • Müştəri tələblərinə əsaslanan SLA-lara uyğun olaraq SOC xidmətlərini müəyyən etmək və təqdim etmək; daxili müştərilər, eləcə də tətbiq olunduğu hallarda idarə olunan MSSP / SOCaaS müştəriləri üçün xidmət keyfiyyətinin sabitliyini və biznes uyğunluğunu təmin etmək.
  • TƏM bölməsinə biznes yönümlü təhlükəsizlik funksiyası kimi rəhbərlik etmək, kritik biznes xidmətlərinin, müştəriyönümlü platformaların və əsas informasiya aktivlərinin qorunmasını təmin etmək.
  • TƏM büdcəsinin, alətlərinin, lisenziyalarının və insan resurslarının səmərəli və effektiv idarə olunmasını təmin etmək, xərc optimallaşdırılması və dəyər yaradılmasına fokuslanmaq.
  • 24/7 TƏM əməliyyatlarına nəzarət etmək, o cümlədən təhlükəsizlik monitorinqi, təhdidlərin aşkarlanması, araşdırılması, insidentlərin idarə olunması və aradan qaldırılması proseslərini təmin etmək.
  • Böyük və biznesə təsir edən kibertəhlükəsizlik insidentləri üzrə məsul şəxs (incident owner) qismində çıxış etmək, vaxtında eskalasiya və rəhbərliyin qərarvermə prosesinə dəstək vermək.
  • Texniki təhlükəsizlik insidentlərini və təhdidləri əməliyyat, maliyyə, tənzimləyici və reputasiya riskləri kontekstində aydın biznes təsirinə çevirmək və təqdim etmək.
  • TƏM fəaliyyətlərini biznes kritikliyi, xidmətlərin əlçatanlığı və risk səviyyəsinə əsasən prioritetləşdirmək.
  • TƏM-in missiyasını, əhatə dairəsini, xidmətlərini, idarəetmə modelini və biznes məqsədləri ilə uyğunluğunu aydın şəkildə müəyyən edən SOC Charter sənədini hazırlamaq, tətbiq etmək və aktual saxlamaq.
  • Kiberrisk vəziyyəti, insident tendensiyaları və SOC performansı üzrə mütəmadi olaraq rəhbərlik səviyyəsində hesabatlar təqdim etmək.
  • Biznes bölmələri, IT Əməliyyatları, Satış, Risk, Məhsul İnkişafı və Kibertəhlükəsizlik komandaları ilə sıx əməkdaşlıq edərək təhlükəsizlik nəticələrinin uyğunluğunu təmin etmək.
  • TƏM-in daxili mühitləri, eləcə də tətbiq olunduğu hallarda idarə olunan SOC / SOCaaS xidmətlərini dəstəkləməyə hazır olmasını təmin etmək.
  • TƏM imkanlarının uzunmüddətli strateji inkişafına və davamlı təkmilləşdirilməsinə töhfə vermək.
  • TƏM əməliyyatları ilə bağlı büdcə planlaşdırılması və təhlükəsizlik investisiyaları üzrə müzakirələrdə iştirak etmək.
  • Biznes risklərinin idarə olunması baxımından aktual olan yeni kibertəhlükələr, texnologiyalar və sənaye trendlərini mütəmadi izləmək.
  • Biznesə təsiri minimuma endirmək məqsədilə insidentlərin idarə olunması, fövqəladə hallardan bərpa (disaster recovery) və biznesin davamlılığı üzrə sənədləri hazırlamaq və aktual saxlamaq.
  • TƏM komandasının üzvlərinin mentorluğu, kouçinqi və peşəkar inkişafını dəstəkləmək.
  • Təchizatçılar, tərəfdaşlar və daxili maraqlı tərəflərlə effektiv əməkdaşlığı təmin etmək.
  • Təhlükəsizlik əməliyyatları ilə bağlı audit, qiymətləndirmə və tənzimləyici uyğunluq fəaliyyətlərini dəstəkləmək.
  • Komanda üzvlərinin fəaliyyətini qiymətləndirmək və mütəmadi rəy vermək, inkişaf sahələrini müəyyənləşdirmək və gözləntilərə uyğunluğu təmin etmək.
  • Bulud əməliyyatları (Cloud Ops), Satış və Məhsul İnkişafı kimi digər komandalarla güclü kommunikasiya və əməkdaşlıq kanallarını qorumaq, təhlükəsiz mühitin davamlılığını təmin etmək.
  • TƏM fəaliyyətləri və performans göstəriciləri barədə yüksək rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək; bu hesabatlara təhlükəsizlik insidentləri, tendensiyalar və təhlükəsizlik nəzarətlərinin effektivliyi üzrə məlumatlar daxil etmək.

Tələb olunan bilik və bacarıqlar:

Təhsil:

  • Müvafiq istiqamət üzrə Ali təhsil.

Təcrübə

  • Təhlükəsizlik Əməliyyatları Mərkəzi (SOC) mühitində təsdiqlənmiş rəhbərlik təcrübəsisi; 
  • Biznes məqsədləri ilə təhlükəsizlik tələbləri arasında balansı praktik və risk əsaslı qərarvermə yanaşması ilə təmin etmək üzrə təcrübə;
  • Ölçülə bilən biznes təsiri olan təhlükəsizlik insidentlərinin idarə olunması üzrə təcrübə;
  • Təhlükəsizlik siyasətləri və əməliyyat prosedurlarının hazırlanması və saxlanılması üzrə təcrübə;
  • Bulud və hibrid təhlükəsizlik mühitləri ilə iş təcrübəsi;
  • Güclü təhdid kəşfiyyatı və analitik bacarıqlar;
  • Data Mərkəzi mühitləri və Tier standartları üzrə biliklər;
  • Bulud modelləri və Bulud Təhlükəsizliyi üzrə biliklər.

Kompütür Bilikləri

  • "Microsoft Office" proqramlarından istifadə bacarıqları;
  • Data Mərkəzləri mühiti və "Tier" standartları üzrə bilik;
  • Bulud modelləri və bulud təhlükəsizliyi üzrə bilik;

Dil bilikləri:

  • İngilis dili - Yaxşı
  • Azərbaycan dili - Ana dili
  • Rus dili – Yaxşı

Fərdi bacarıqları\ Davranışlar:

  • Biliyini artırmaq və özünü inkişaf etdirmək arzusu;
  • Gündəlik əməliyyatlarda dürüst olmaq: 
  • Əməliyyatların keyfiyyətini təmin etmək;
  • Qurum daxilində, həmkarlar, təchizatçılar və tərəfdaşlarla sıx əməkdaşlıq prinsiplərinə əməl etmək.

Müraciət etmək istəyən namizədlər vakansiyanın adını “mövzu” bölməsində qeyd etməklə CV-ni Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün  vakansiyanın tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanacaq.

  • Daily17
  • Weekly562
  • Monthly129