Ümumi anlayış:
- Kassir, müştərilərdən nağd və qeyri-nağd formada ödənişlərin alır və bu əməliyyatları dəqiq və effektiv şəkildə maliyyə proqramında qeydiyyata alır. Kassir müştərilərin ödənişlə bağlı sorğularını cavablayır.
Vəzifə öhdəlikləri:
- Müştərilərdən nağd və pos terminalla ödənişlərin qəbul edilməsi,
- Nağd və pos terminal əməliyyatların günlük/aylıq dövriyyə hesabatlarının hazırlanması,
- Nağd əskinasların təhlükəsiz saxlanılması və səlahiyyətli şəxslərə təhlükəsiz şəkildə təhvil verilməsi,
- Gün və ay sonlanması əməliyyatlarının icra edilməsi,
- Müştəri sorğularının cavablandırılması və yüksək səviyyədə müştəri məmnuniyyətinin təmin edilməsi.
Tələb olunan xüsusiyətlər:
- Kassir kimi minimum 2 illik iş təcrübəsinin olması.
- Azərbaycan və Rus dillərində danışıq qabiliyyətinin olması.
- “1C” maliyyə platformasında iş təcrübəsi olması.
- Komanda daxilində işləmə bacarıqları olması.
İş Qrafiki:
- İş saatları: Həftə içi 09:00-18:00
Göstərilən tələblərə uyğun gələn namizədlər öz CV-lərini "Kassir" başlığı ilə Müraciət Et düyməsində göstərilən e-mail ünvanına göndərməlidir.