Vəzifə öhdəlikləri:
- Əraziyə çıxaraq yeni potensial obyektlərin (marketlər, mağazalar, apteklər və s.) müəyyən edilməsi
- Million ödəniş terminallarının yeni obyektlərdə yerləşdirilməsinin təşkili
- Potensial partnyorlarla görüşlərin təşkili və əməkdaşlıq şərtlərinin izahı
- Quraşdırılmış terminallara mütəmadi nəzarət və obyekt sahibləri ilə əlaqənin saxlanılması
- Hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması
Tələblər:
- Satış və ya ərazi işlərində minimum 1 il təcrübə
- Şirvanda yaşayan namizədlərə üstünlük veriləcək
- Ünsiyyət və təqdimat bacarıqları yüksək səviyyədə
- Ərazidə aktiv işləməyə hazır olmaq
- Şəxsi avtomobilin və sürücülük vəsiqəsinin olması mütləqdir
- Azərbaycan dilində səlis danışıq (rus dili üstünlükdür)
- Məsuliyyətli, təşəbbüskar və nəticə yönümlü olma
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.