Paul Mitchell peşəkar saç baxımı məhsullarının Azərbaycanda distribütoru olan komandamıza aktiv və nəticəyönümlü Sales Manager axtarırıq.
Əsas vəzifələr:
- Bakı üzrə salonlara mütəmadi səfərlər etmək və yeni müştərilər cəlb etmək;
- Mövcud tərəfdaşlarla əlaqələri inkişaf etdirmək və satış həcmini artırmaq;
- Məhsulları təqdim etmək, sifarişləri qəbul etmək və sifariş prosesini izləmək;
- Müştəri bazasını genişləndirmək və təkrar sifarişləri təmin etmək;
- Satış planı və müştəri ziyarətləri üzrə hesabatlar hazırlamaq.
Namizədə tələblər:
- Aktiv satış və müştərilərlə ünsiyyət bacarığı;
- Danışıqlar aparmaq və satış imkanlarını müəyyən etmək bacarığı;
- Azərbaycan və rus dillərində sərbəst ünsiyyət;
- Məsuliyyətlilik, təşəbbüskarlıq və nəticəyönümlülük;
- Şəhər üzrə müştərilərə səfər etməyə hazır olmaq;
- Satış sahəsində təcrübə üstünlükdür. Beauty sahəsində təcrübə mütləq deyil.
Biz təklif edirik:
- Sabit əməkhaqqı və satış nəticələrinə əsaslanan bonus sistemi;
- Beynəlxalq brendlə işləmək imkanı;
- Məhsullar üzrə təlim və peşəkar inkişaf;
- İnkişaf edən biznesdə uzunmüddətli karyera perspektivi.
Müraciət üçün CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt vasitəsilə göndərin və mesajda “Sales Manager” qeyd edin.