İş yeri - Paulaner Brauhaus Baku
Əmək funksiyası:
- Menyu üçün xammalın miqdarını müəyyən etmək və hazırlamaq, reseptlərə və texniki şərtlərə uyğun olaraq keyfiyyət və üslub tələblərini təyin etmək;
- Alınan məmulatların kəmiyyətini və keyfiyyətini yoxlamaq;
- Çörək məmulatları və ya souslar kimi inqrediyentləri qarışdırmaq;
- Növbəti mərhələlərdə istifadə edilməsi üçün ət və s. bu kimi məmulatları ilkin bişirmək;
- Banketlər və ziyafətlər üçün müxtəlif yeməklər bişirmək;
- Müxtəlif mətbəx alət və avadanlıqlarından istifadə etməklə müvafiq reseptlərə və ya fərdi ideyalara uyğun olaraq inqrediyentləri çəkmək, ölçmək və qarışdırmaq;
- Sobaların, ocaqların, qrillərin və qızartma aparatlarının temperaturunu tənzimləməklə ərzağın düzgün temperaturda saxlanıldığını və bişirildiyini təmin etmək;
- Ərzaq və inqrediyentlərin təzəliyini təmin etmək üçün onların keyfiyyətini yoxlamaq, köhnə və yeni məmulatları izləmək və ehtiyatları yeniləmək.
- Müvafiq standartlara və ya xüsusi hazırlanmış reseptlərə uyğun olaraq ərzağı bişirmək.
- Eyni zamanda bir neçə sifariş üzrə işləyən zaman hər bir müştəri tərəfindən verilən sifarişi dəqiq şəkildə hazırlamaq;
- İş başlamamışdan öncə mətbəxi hazırlamaq;
- İstifadə edilən və təchiz edilən ərzağa dair qeydlər aparmaq
Tələblər:
Təhsil: Peşə ixtisas
Vəzifə üzrə təminatlar:
- Dünyanın məşhur alman brendində iş imkanı;
- “TABIA Group” MMC tərəfindən idarə olunan müəssisələrdə karyeranı davam etdirmək imkanı;
- Təlim və inkişaf proqramlarında iştirak imkanları;
- Gündəlik qidalanma.
- Bu vakansiya yalnız Azərbaycan vətəndaşlığı olan şəxslər üçündür.
Vakansiya ilə maraqlanan namizədlər tərcümeyi-halını (CV) Müraciət et butonunda qeyd olunan elektron ünvanına mövzu bölməsində vakansiyanın adını qeyd etməklə göndərə bilərlər.