Paulaner Brauhaus Baku Paulaner Brauhaus Baku
  • 269

Aşpaz köməkçisi (DCP)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Aşpaz köməkçisi (DCP)

  • Deadline 25 May 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş yeri - Paulaner Brauhaus Baku

Əmək funksiyası: 

  • Menyu üçün xammalın miqdarını müəyyən etmək və hazırlamaq, reseptlərə və texniki şərtlərə uyğun olaraq keyfiyyət və üslub tələblərini təyin etmək; 
  • Alınan məmulatların kəmiyyətini və keyfiyyətini yoxlamaq; 
  • Çörək məmulatları və ya souslar kimi inqrediyentləri qarışdırmaq; 
  • Növbəti mərhələlərdə istifadə edilməsi üçün ət və s. bu kimi məmulatları ilkin bişirmək; 
  • Banketlər və ziyafətlər üçün müxtəlif yeməklər bişirmək; 
  • Müxtəlif mətbəx alət və avadanlıqlarından istifadə etməklə müvafiq reseptlərə və ya fərdi ideyalara uyğun olaraq inqrediyentləri çəkmək, ölçmək və qarışdırmaq; 
  • Sobaların, ocaqların, qrillərin və qızartma aparatlarının temperaturunu tənzimləməklə ərzağın düzgün temperaturda saxlanıldığını və bişirildiyini təmin etmək; 
  • Ərzaq və inqrediyentlərin təzəliyini təmin etmək üçün onların keyfiyyətini yoxlamaq, köhnə və yeni məmulatları izləmək və ehtiyatları yeniləmək.
  • Müvafiq standartlara və ya xüsusi hazırlanmış reseptlərə uyğun olaraq ərzağı bişirmək.
  • Eyni zamanda bir neçə sifariş üzrə işləyən zaman hər bir müştəri tərəfindən verilən sifarişi dəqiq şəkildə hazırlamaq;
  • İş başlamamışdan öncə mətbəxi hazırlamaq;
  • İstifadə edilən və təchiz edilən ərzağa dair qeydlər aparmaq

Tələblər:

Təhsil: Peşə ixtisas

Vəzifə üzrə təminatlar:

  • Dünyanın məşhur alman brendində iş imkanı;
  • “TABIA Group” MMC tərəfindən idarə olunan müəssisələrdə karyeranı davam etdirmək imkanı;
  • Təlim və inkişaf proqramlarında iştirak imkanları;
  • Gündəlik qidalanma.
  • Bu vakansiya yalnız Azərbaycan vətəndaşlığı olan şəxslər üçündür.

Vakansiya ilə maraqlanan namizədlər tərcümeyi-halını (CV) Müraciət et butonunda qeyd olunan elektron ünvanına mövzu bölməsində vakansiyanın adını qeyd etməklə göndərə bilərlər.

  • Daily23
  • Weekly707
  • Monthly2606