Aşpaz köməkçisi (DCP)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Aşpaz köməkçisi (DCP)

  • Deadline 7 Fevral 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əmək funksiyası: 

  • Menyu üçün xammalın miqdarını müəyyən etmək və hazırlamaq, reseptlərə və texniki şərtlərə uyğun olaraq keyfiyyət və üslub tələblərini təyin etmək; 
  • Alınan məmulatların kəmiyyətini və keyfiyyətini yoxlamaq; 
  • Çörək məmulatları və ya souslar kimi inqrediyentləri qarışdırmaq; 
  • Növbəti mərhələlərdə istifadə edilməsi üçün ət və s. bu kimi məmulatları ilkin bişirmək; 
  • Banketlər və ziyafətlər üçün müxtəlif yeməklər bişirmək; 
  • Müxtəlif mətbəx alət və avadanlıqlarından istifadə etməklə müvafiq reseptlərə və ya fərdi ideyalara uyğun olaraq inqrediyentləri çəkmək, ölçmək və qarışdırmaq; 
  • Sobaların, ocaqların, qrillərin və qızartma aparatlarının temperaturunu tənzimləməklə ərzağın düzgün temperaturda saxlanıldığını və bişirildiyini təmin etmək; 
  • Ərzaq və inqrediyentlərin təzəliyini təmin etmək üçün onların keyfiyyətini yoxlamaq, köhnə və yeni məmulatları izləmək və ehtiyatları yeniləmək.
  • Müvafiq standartlara və ya xüsusi hazırlanmış reseptlərə uyğun olaraq ərzağı bişirmək.
  • Eyni zamanda bir neçə sifariş üzrə işləyən zaman hər bir müştəri tərəfindən verilən sifarişi dəqiq şəkildə hazırlamaq;
  • İş başlamamışdan öncə mətbəxi hazırlamaq;
  • İstifadə edilən və təchiz edilən ərzağa dair qeydlər aparmaq

Tələblər:

  • Təhsil: Peşə ixtisas

Vəzifə üzrə təminatlar:
Dünyanın məşhur alman brendində iş imkanı;  “TABIA Group” MMC tərəfindən idarə olunan müəssisələrdə karyeranı davam etdirmək imkanı; Təlim və inkişaf proqramlarında iştirak imkanları; Gündəlik qidalanma.

Bu vakansiya yalnız Azərbaycan vətəndaşlığı olan şəxslər üçündür.

Vakansiya ilə maraqlanan namizədlər tərcümeyi-halını (CV) elektron poçt ünvanına mövzu bölməsində vakansiyanın adını qeyd etməklə 22.01.2025-ci il tarixinədək göndərə bilərlər. 

  • Daily176
  • Weekly322
  • Monthly1154