Əmək funksiyası:
- Paulaner Brewery Baku Restoranın, yemək sahəsinin, funksional hazırlığını tamamlamaq və xidmət tələblərinə uyğun olaraq müştərilərin rahatlığını və istirahətini təmin etmək;
- Qonaqları salamlamaq və restoran haqqında ətraflı məlumatlandırmaq;
- Əyani şəkildə göstərməklə restoranda göstərilən xidmətləri qonaqların nəzərinə çatdırmaq;
- Restoranın əyani reklamını qonaqları gəzdirərək yerindəcə həyata keçirmək.;
- Telefon zənglərini cavablandırmaq və rezervasiyalar etmək;
- Komandanın bir üzvü kimi çalışmaq və ehtiyac olduqda köməyə ehtiyacı olan əməkdaşlara dəstək olmaq.
Tələblər:
- Müvafiq iş təcrübəsi;
- Qonaqpərvərlik və yemək xidməti protokollarını bilməsi;
- Dil bilikləri: Azərbaycan dili – sərbəst; Rus və ya ingilis dili – yaxşı.
Vəzifə üzrə təminatlar:
- Dünyanın məşhur alman brendində iş imkanı;
- “TABIA Group” MMC tərəfindən idarə olunan müəssisələrdə karyeranı davam etdirmək imkanı;
- Təlim və inkişaf proqramlarında iştirak imkanları;
- Gündəlik qidalanma.
Bu vakansiya yalnız Azərbaycan vətəndaşlığı olan şəxslər üçündür.
Vakansiya ilə maraqlanan namizədlər tərcümeyi-halını (CV) elektron poçt ünvanına mövzu bölməsində vakansiyanın adını qeyd etməklə 07.12.2024-cü il tarixinədək göndərə bilərlər.