Əmək funksiyası:
- Paulaner Brewery Baku Restoranın, yemək sahəsinin, funksional hazırlığını tamamlamaq və xidmət tələblərinə uyğun olaraq müştərilərin rahatlığını və istirahətini təmin etmək;
- Müştəriləri salamlamaq və yeməkdən əvvəlki xidmətləri göstərmək;
- Müştəriləri masanın düzülüşünə uyğun olaraq yerləşdirmək, onların əyləşməsinə kömək etmək;
- Müştərilərə menyu və içki siyahılarını təqdim etmək, aydın təsvirlər və izahlar vermək, suallara düzgün və nəzakətli şəkildə cavab vermək;
- İçki və yemək seçməkdə müştərilərə yardım etmək məqsədilə onlara tövsiyə və təkliflər vermək;
- Sifarişləri qəbul etmək, mətbəxə və bara ötürmək və bu zaman müvafiq olduğu təqdirdə hər hansı xüsusi tələb, pəhriz və ya mədəni tələblər barədə məlumat vermək;
- Menyu seçiminə uyğun olaraq qədəhləri, qabları və masa dəstlərini düzmək;
- Xidmət və yeməyin çatdırılma prosesini müşahidə etməklə müştəri ilə minimum təmas şəraitində xidmət prosesinin münasib vaxtında ərzaq, içki və qabları masaya vermək və təmizləmək;
- Müştərinin məmnunluğunu təmin etmək;
- Müştərilərin istəkləri əsasında hesabları hazırlamaq və onlara təqdim etmək;
- Müştərilərdə təkrar geri qayıtmağa həvəs oyatmaq məqsədilə onları nəzakətli şəkildə yola salmaq;
- Kommunikasiya və informasiya axını səviyyəsini yüksəltmək məqsədilə xidmətdən əvvəl, xidmət zamanı və xidmətdən sonra mətbəx, bar işçiləri və digər ofisiantlar ilə ünsiyyət qurmaq;
- Mətbəx ilə yemək otağı arasında xidmətin effektiv şəkildə aparılmasını təmin etmək üçün aşpaz ilə xidmət işçiləri arasında müvafiq əlaqələr yaratmaq.
Tələblər:
- Müvafiq iş təcrübəsi;
- Qonaqpərvərlik və yemək xidməti protokollarını bilməsi;
- Satış etmə bacarığı;
- Dil bilikləri: Azərbaycan dili – sərbəst; Rus və ya ingilis dili – yaxşı.
- Kompüter bilikləri: Micros.
Vəzifə üzrə təminatlar:
- Rəqabətli əmək haqqı və bonus sistemi;
- Yцksək qazanc və bəxşis əldə etmək imkanı;
- Dünyanın məşhur alman brendində iş imkanı;
- “TABIA Group” MMC tərəfindən idarə olunan müəssisələrdə karyeranı davam etdirmək imkanı;
- Təlim və inkişaf proqramlarında iştirak imkanları;
- Gündəlik qidalanma;
Bu vakansiya yalnız Azərbaycan vətəndaşlığı olan şəxslər üçündür.
Vakansiya ilə maraqlanan namizədlər tərcümeyi-halını (CV) elektron poçt ünvanına mövzu bölməsində vakansiyanın adını qeyd etməklə 07.12.2024-cü il tarixinədək göndərə bilərlər.