Əmək funksiyası:
- Paulaner Brewery Baku Restoranın, yemək sahəsinin, funksional hazırlığını tamamlamaq və xidmət tələblərinə uyğun olaraq müştərilərin rahatlığını və istirahətini təmin etmək;
- Müştəriləri masanın düzülüşünə uyğun olaraq yerləşdirmək, onların əyləşməsinə kömək etmək;
- Ehtiyac yaranarsa, müştərilərə menyu və içki siyahılarını təqdim etmək, aydın təsvirlər və izahlar vermək, suallara düzgün və nəzakətli şəkildə cavab vermək;
- Sifarişləri qəbul etmək, mətbəxə və bara ötürmək və bu zaman müvafiq olduğu təqdirdə hər hansı xüsusi tələb, pəhriz və ya mədəni tələblər barədə məlumat vermək;
- Menyu seçiminə uyğun olaraq qədəhləri, qabları və masa dəstlərini düzmək;
- Xörəklərin düzgün şəkildə və vaxtında hazırlanmasını, təqdim edilməsini təmin etmək üçün mətbəx işçiləri ilə əlaqədə olmaq.
Tələblər:
Təhsil:
- Orta;
Bilik və Bacarıqlar:
- Dözümlülük və Səmərəlilik;
- Mətbəx işçiləri ilə ünsiyyət qurmaq bacarığı;
- Qida ilə təhlükəsiz işləmə prosedurları;
- Etibarlılıq;
- Dəqiqlik və detallara diqqət;
- Təşəbbüskarlıq;
- Çeviklik;
Dil bilikləri:
- Azərbaycan dili – sərbəst;
Vakansiya ilə maraqlanan namizədlər tərcümeyi-halını (CV) Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu bölməsində vakansiyanın adını qeyd etməklə 15.06.2025-ci il tarixinədək göndərə bilərlər.