P PAY Group
  • 320

PAY Group

Satış mütəxəssisi (Fortex showroom sərgi salonunda)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Satış mütəxəssisi (Fortex showroom sərgi salonunda)

  • Deadline 5 Aprel 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

2011-ci ildən etibarən PAY Group MMC-nin  tərkibində fəaliyyət göstərən, lüks seqmentə xitab edərək bir sıra tikinti və hər növ interyer dizayn məhsullarının, xüsusilə hər növ qapıların pərakəndə satışını həyata keçirən Fortex sərgi salonuna satış təmsilçisi axtarırıq.
Vəzifə üzrə əsas öhdəliklər:

  • Müştərilərlə rahat ünsiyyətin qurulması, mal və xidmətlər haqqında dolğun, ətraflı məlumatların verilməsi, suallarının əsaslandırılmış formada cavablandırılması, məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat vermək.
  • Müştəri ehtiyaclarını müəyyən etmək və müvafiq həlləri tövsiyə etmək.
  • Məhsulları peşəkar və bilikli şəkildə müştərilərə təqdim etmək və izah etmək.
  • Müsbət və peşəkar davranışla müştərilərə xidmət etmək.
  • Səbr və anlayış göstərərək mövcud problemləri həll etmək. 
  • Müsbət biznes və müştəri əlaqələri qurmaq, inkişaf etdirmək və qoruyub saxlamaq.
  • Məmnuniyyəti artırmaq üçün müştəri problemlərinin və şikayətlərinin həllini sürətlə icra etmək.
  • Müəyyən edilmiş şirkət strategiyasına uyğun bir şəkildə çalışmaq.

Vəzifə üzrə əsas tələblər:

  • Satış prosesini və dinamikasını başa düşmək.
  • Effektiv dinləmə, yazılı və şifahi ünsiyyət bacarıqları.
  • Mükəmməl şəxsiyyətlərarası bacarıqlar, o cümlədən həm müştərilər, həm də təchizatçılarla tez bir zamanda əlaqə qurmaq bacarığı.
  • Word, Excel və Outlook daxil olmaqla Microsoft proqramlarından istifadə bacarığı.
  • Azərbaycan dili səlis danış,  Rus dili sərbəst danışıq səviyyəsində tələb olunur.
  • Xoş görünüşlü, səliqəli olması mütləqdir.

İş şəraiti:

  • İş qrafiki: 10:00-dan 19:00-dək.
  • İstirahət günü: Bazar.
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə.
  • Əmək haqqı 600-700 AZN

Vakansiyanın adını Mövzu yerində qeyd etməklə, CV-nizi elektron poçt ünvanına göndərə bilərsiniz. 
QEYD: Tələblərə uyğun olmayan və mail-da "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq. 

  • Daily12
  • Weekly156
  • Monthly139