İcra şöbəsinə problemli kreditlər üzrə mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İcra şöbəsinə problemli kreditlər üzrə mütəxəssis

  • Deadline 20 May 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Sürətlə böyüyən Payonix komandamıza İcra şöbəsinə problemli kreditlər üzrə mütəxəssis vakansiyası elan edirik.

Vəzifə öhdəlikləri:

  •  Problemli kredit portfelinin idarə olunması və gecikmədə olan müştərilərlə işin təşkili
  • Borclularla icra mərhələsində danışıqların aparılması və könüllü ödənişlərin təşviqi
  • İcra sənədlərinin hazırlanması və icra orqanlarına təqdim edilməsi, icra proseslərinin davamlı nəzarətdə saxlanılması
  • İcra məmurları ilə mütəmadi əlaqənin qurulması və işlərin icra vəziyyətinin izlənməsi

Tələblər:

  • Ali təhsil (hüquq, maliyyə, iqtisadiyyat sahəsində üstünlükdür)
  • İcra işləri,BOKT, bank və ya kollektor sahəsində minimum 1-3 il iş təcrübəsi
  • Məhkəmə qərarları və icra sənədləri ilə işləmə təcrübəsi
  • Müştərilərlə peşəkar ünsiyyət qurma  bacarığı;
  • Problemli kreditlər və icra prosesi üzrə qanunvericilik bilikləri
  •  Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti (rus dili biliyi üstünlükdür)
  •  MS Office proqramlarında işləmə bacarığı

İş şəraiti:

  • İş saatı: həftənin 5 günü 09:00 - 18:00 
  • Şənbə, Bazar - istirahət günü  
  • Nahar fasiləsi: 13:00- 14:00
  • Rəqabətədavamlı əməkhaqqı/ bonus sistemi

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Malibo Residence

Namizədlər CV-lərini vakansiyanın adını qeyd etməklə Müraciət Et düyməsində göstərilən email-ə göndərə bilərlər.

  • Daily0
  • Weekly123
  • Monthly1832