Komandamıza Komplayens üzrə peşəkar mütəxəssis axtarırıq.
Vəzifə öhdəlikləri:
- BOKT-un fəaliyyətinin qüvvədə olan qanunvericiliyə və daxili qaydalara uyğunluğuna nəzarət etmək; Komplayens risklərini müəyyən etmək, qiymətləndirmək və onların idarə olunması üzrə tədbirlər hazırlamaq;
- Daxili siyasət, prosedur və təlimatların hazırlanmasında və yenilənməsində iştirak etmək; Müştərilərin eyniləşdirilməsi (KYC) və çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması (AML/CFT) tələblərinə əməl olunmasına nəzarət etmək;
- MB tərəfindən daxil olan sorğuların cavablandırılması və tələb olunan məlumatların müəyyən edilmiş müddətlərdə təqdim edilməsini koordinasiya etmək;
- Daxili monitorinqlər aparmaq, pozuntu halları üzrə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Əməkdaşlar üçün komplayens və etik davranış qaydaları üzrə maarifləndirici təlimlər keçirmək;
- Qanunvericilikdə baş verən dəyişiklikləri izləmək və onların tətbiqi üzrə təkliflər vermək.
Tələblər:
- Bank, BOKT və ya maliyyə sektorunda komplayens sahəsində minimum 1-2 il iş təcrübəsi;
- AML/CFT, KYC və komplayens üzrə qanunvericilik və normativ tələblər barədə bilik;
- Analitik düşüncə, yüksək məsuliyyət və məxfilik prinsiplərinə riayət etmək bacarığı;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Azərbaycan dilini mükəmməl, ingilis və rus dillərini bilmək üstünlükdür.
Təklif edirik:
- Rəqabət qabiliyyətli əməkhaqqı;
- Peşəkar inkişaf və təlim imkanları;
- Karyera yüksəlişi perspektivi;
İş şəraiti
- Əmək haqqı: müsahibə əsnasında dəyərləndiriləcək
- İş rejimi: 09:00-18:00 ( həftədə 5 gün)
- İş yeri: Malibo Residence
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.