Namizədə dair tələblər:
- Yaş: 24 -45
- Cinsi -Kişi
- Maliyyə, menecment, iqtisadiyyat və ya hüquq istiqaməti üzrə Ali təhsilin olması;
- Bankda və ya BOKT-da Kredit sahəsində minimum 1 il iş təcrübəsi;
- Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
- Analitik düşüncə və detallara fikirvermə qabiliyyəti;
- Problemli kreditlərlə işləmə bacarığı
İşin təsviri:
- Hesabatların təhlil edilməsi yolu ilə kredit portfelinin keyfiyyətinə gündəlik nəzarət etmək;
- Bankın mövcüd kredit portfeli üzrə mütəmadi təhlillər aparmaq, kredit üzrə ödənişləri təhlükə altına ala biləcək bütün risk-yönümlü məlumatları əldə etmək;
- Kreditlərin problemli kreditə çevrilmə təhlükəsini öncədən müəyyən etmək və bu təhlükənin aradan qaldırılması istiqamətində müvafiq tədbirləri həyata keçirmək;
- Borcalanların kredit ödənişlərinə nəzarət etməklə, onların ödəniş intizamını müəyyən etmək;
- Borcalanların vaxtı keçmiş borcu yarandıqda, bu borcun ödənilməsinə yönəldilmiş təqib işinin və vaxtı keçmiş borcların sağlamlaşdırılması istiqamətində aparılan digər tədbirlərin tam və vaxtında aparılmasına nəzarət etmək;
- Təsdiq olunmuş kreditlər üzrə kredit rəylərinin düzgün tərtib olunmasına və iqtisadi-maliyyə təhlilin tam aparılmasının yoxlanılması məqsədilə səyyar monitorinqlər aparmaq;
- Borcalanlar tərəfindən kreditlərin təyinatına uyğun olaraq istifadə etməsinə nəzarət etmək;
- Monitorinq zamanı aşkar edilmiş nöqsan və pozuntuların aradan qaldırılması üzrə tövsiyələr vermək və onların yerinə yetirilməsinə nəzarət etmək;
- Kredit üzrə girov/ipoteka qismində rəsmiləşdirilmiş əmlakın mövcudluğunun və likvidliyinin yoxlanılması məqsədilə monitorinq aparmaq.
- Müvafiq hesabatların rəhbərliyə təqdim edilməsi:
- Müştərilərlə əlaqə yaratmaq, suallarını cavablandırmaq, gecikmə ilə bağlı yaranan problemləri araşdırmaq və gecikmədə olan kredit ödənişlərinin yığılması
İş şəraiti:
- 5günlük iş qrafiki
- İş saatı 09:00-18:00 dək
- AR Əmək məcəlləsinə uyğun sənədləşmə
- Əmək haqqı: 500-700 AZN
Əlaqədar şəxs: Bahar xanım
Tel: 0772253032