Payonix komandamıza məsuliyyətli, analitik düşüncəyə malik və kredit risklərinin qiymətləndirilməsi sahəsində inkişaf etmək istəyən Kreditlərin təhlili üzrə mütəxəssis (underwriting) - gündüz və axşam növbəsi axtarırıq.
Vəzifə öhdəlikləri:
- Kredit müraciətlərinin təhlil edilməsi;
- Borcalanların maliyyə vəziyyətinin və ödəmə qabiliyyətinin qiymətləndirilməsi;
- Müştərilərin kredit tarixçəsinin və mövcud kredit öhdəliklərinin araşdırılması;
- Müsbət rəy verdiyi kreditlərin icrasına nəzarət etmək.
Tələblər:
- Bank, BOKT və ya maliyyə sektorunda kredit analizi, underwriting, risk və ya kreditləşmə sahəsində minimum 1-2 il iş təcrübəsi;
- Kredit risklərinin qiymətləndirilməsi üzrə praktiki biliklər;
- Maliyyə göstəricilərini və kredit tarixçəsini təhlil etmək bacarığı;
- Analitik və məntiqi düşünmə qabiliyyəti;
- Komanda ilə işləmək və effektiv kommunikasiya bacarığı;
- İş şəraiti: həftənin 5 günü növbəli qrafik
- Əmək haqqı: müsahibə əsnasında dəyərləndiriləcək
- Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Malibo Residence
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.