Payonix komandamıza məsuliyyətli, analitik düşüncəyə malik və kredit risklərinin qiymətləndirilməsi sahəsində inkişaf etmək istəyən Kreditlərin təhlili üzrə mütəxəssis (underwriting) - gündüz və axşam növbəsi axtarırıq.
Vəzifə öhdəlikləri: Kredit müraciətlərinin təhlil edilməsi;
Borcalanların maliyyə vəziyyətinin və ödəmə qabiliyyətinin qiymətləndirilməsi;
Müştərilərin kredit tarixçəsinin və mövcud kredit öhdəliklərinin araşdırılması;
Müsbət rəy verdiyi kreditlərin icrasına nəzarət etmək.
Tələblər:
Bank, BOKT və ya maliyyə sektorunda kredit analizi, underwriting, risk və ya kreditləşmə sahəsində minimum 1-2 il iş təcrübəsi;
Kredit risklərinin qiymətləndirilməsi üzrə praktiki biliklər;
Maliyyə göstəricilərini və kredit tarixçəsini təhlil etmək bacarığı;
Analitik və məntiqi düşünmə qabiliyyəti;
Komanda ilə işləmək və effektiv kommunikasiya bacarığı;
İş şəraiti: həftənin 5 günü növbəli qrafik
Əmək haqqı: müsahibə əsnasında dəyərləndiriləcək
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Malibo Residence Namizədlər CV-lərini vakansiyanın adını qeyd etməklə [email protected] emailinə göndərə bilərlər.