Komandamızı kreativ, dinamik və vizual hekayə anlatmağı sevən Mobiloqraf/Reels Maker (freelans) ilə gücləndiririk!
Vəzifə təlimatları:
- Şirkətin sosial media hesabları üçün kreativ video çəkilişlərinin həyata keçirilməsi;
- Reels, TikTok, Stories və digər qısa formatlı videoların çəkilişi və montajı;
- Çəkilmiş materialların montajı, rəng korreksiyası, səs və musiqi uyğunlaşdırılması;
- Kreativ ideyaların, çəkiliş konsepsiyalarının və ssenarilərin hazırlanması;
- Sosial media trendlərinin izlənilməsi və şirkətin kommunikasiya strategiyasına uyğun tətbiqi;
- Kamera qarşısında sərbəst, enerjili və inamlı çıxış edərək brendi təmsil etmək.
- Marketinq komandası ilə birgə kontent planının hazırlanması;
- Hazırlanan kontentlərin qeyd edilmiş müddətdə və keyfiyyət standartlarına uyğun təhvil verilməsi.
Tələblər:
- Maliyyə, bank, BOKT və ya digər korporativ sektorda təcrübə;
- Mobil çəkiliş sahəsində minimum 1 il iş təcrübəsi;
- CapCut , və digər montaj proqramlarında yaxşı montaj bacarığı;
- Reels, TikTok və digər sosial media formatlarının xüsusiyyətlərini bilmək;
- Kreativ düşüncə və vizual zövq;
- Operativlik və deadline-lara riayət etmək bacarığı;
- Komanda ilə işləmək və yeni ideyalar təklif etmək bacarığı;
- Portfolio mütləqdir.
Əmək haqqı: müsahibə əsnasında dəyərləndiriləcək.
İş yeri: Malibo Residence
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.