Vəzifə öhdəlikləri:
- Problemli kreditlərin vaxtında və effektiv şəkildə yığılmasını təmin etmək, gecikmədə olan müştərilərlə iş prosesini idarə etmək, restrukturizasiya və ya hüquqi mərhələyə yönləndirmə üzrə qərarların hazırlanmasına rəhbərlik etmək.
- Problemli kredit portfelinə nəzarət etmək, yığım prosesini planlaşdırmaq və təşkil etmək;
- Kreditlərin gecikmə müddətinə görə təsnifatı və risk səviyyəsinə uyğun strategiyaların müəyyən edilməsi;
- Yığım şöbəsinin əməkdaşlarının fəaliyyətinə rəhbərlik və nəzarət;
- Gecikmiş kreditlər üzrə yığım göstəricilərinin (KPI-ların) yerinə yetirilməsinə cavabdeh olmaq
- Problemli kredit portfelinin vəziyyəti barədə gündəlik, aylıq və rüblük hesabatların hazırlanması;
- Gecikmədə olan borcalanlarla danışıqların aparılması, ödəniş qrafiklərinin razılaşdırılması;
- Müştərilərə ödəniş intizamının bərpası üçün fərdi yanaşmaların təklif olunması;
Tələblər:
- Ali təhsil ;
- Bank sektorunda problemli kreditlərin yığımı üzrə menecer/rəhbər vəzifədə azı 3 il iş təcrübəsinə malik olmaq;
- Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyətinə malik olmaq
- MS Office proqramlarını mükəmməl bilmək;
- İdarəçilik qabiliyyəti;
- Müştəri ilə ünsiyyət bacarığı;
- Üzərinə məsuliyyət götürmək, müstəqil və komanda daxilində işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri.
İş şəraiti:
- Əmək haqqı: müsahibə əsnasında dəyərləndiriləcək.
- İş qrafiki: I-V günlər (09:00-18:00); İstirahət günü: şənbə, bazar.
- İş yeri: Malibo Residence
Namizədlər CV-lərini vakansiyanın adını qeyd etməklə Müraciət Et düyməsində göstərilən email-ə göndərə bilərlər.