Product Owner (kiçik / orta səviyyə məhsul sahibi

  • Deadline 1 Oktyabr 2026

Sürətlə böyüyən Payonix komandamıza, rəqəmsal maliyyə və kredit məhsullarımızın inkişafına rəhbərlik edəcək, müştəri ehtiyaclarını biznes məqsədləri ilə uğurla birləşdirə biləcək təşəbbüskar və nəticəyönümlü Product Owner axtarırıq.

Vəzifə öhdəlikləri:

  • App (mobil tətbiq) üzərindən kreditin verilməsi prosesini uçdan-uca dəstəkləmək və prosesin fasiləsiz işləməsini təmin etmək;
  • Müraciətdən kreditin təsdiqinə və vəsaitin köçürülməsinə qədər olan mərhələləri xəritələşdirmək və çətinlikləri müəyyənləşdirmək;
  • MKR və digər kredit məlumat mənbələrindən istifadə etməklə müştəriyə uyğun kredit təkliflərinin formalaşdırılmasına dəstək vermək;
  • Kredit məhsulunun App daxilində istifadəçi təcrübəsini davamlı təhlil edərək konversiyanın artırılması üzrə təkliflər hazırlamaq;
  • Aktivliyini itirmiş müştəri seqmentlərini (churn) müəyyənləşdirmək və davranışa görə qruplaşdırmaq;
  • Churn səbəblərini dərinləşdirilmiş təhlil əsasında araşdırmaq və məhsul səviyyəsində həll yolları təklif etmək;
  • Geri qazanma (win-back) məqsədilə hədəflənmiş kampaniyalar hazırlamaq və marketinq/CRM komandaları ilə əlaqələndirmək;
  • Credit scoring modelinin davamlı təkmilləşdirilməsi məqsədilə risk və data komandaları ilə əməkdaşlıq etmək;
  • Scoring meyarlarına dair biznes tələblərini formalaşdırmaq və modelin performansını izləmək;
  • Müştəri ehtiyaclarını, davranış modellərini və pain point-ləri data analitikası və istifadəçi tədqiqatları vasitəsilə araşdırmaq;
  • Product Backlog-u formalaşdırmaq, davamlı yeniləmək və biznes dəyərinə görə prioritetləşdirmək;
  • İstifadəçi hekayələrini və qəbul meyarlarını hazırlamaq, komandalarla tələbləri dəqiqləşdirmək;
  • Yeni məhsul və funksionallıqlar üzrə Product Discovery aparmaq;
  • Data əsasında məhsulun davamlı təkmilləşdirilməsini təmin etmək;
  • Kredit məhsulunun biznes nəticələrini mütəmadi olaraq rəhbərliyə təqdim etmək;

Tələblər:

  • BOKT, bank, fintech və ya kredit məhsulları sahəsində iş təcrübəsi;
  • Kredit məhsullarının iş prinsipləri haqqında yaxşı anlayış;
  • Credit scoring, underwriting və kredit qərarvermə prosesləri haqqında praktiki anlayış;
  • Product Backlog idarəetməsi və Agile/Scrum metodologiyaları üzrə təcrübə;
  • Güclü analitik düşüncə və problem-solving bacarığı;
  • Komanda daxilində və çarpaz-funksional komandalarla effektiv əməkdaşlıq bacarığı.

İş şəraiti:

  • İş rejimi: tam iş günü;
  • İstirahət günləri: Şənbə, Bazar;
  • İş yeri: Bakı şəhəri, Nəsimi rayonu, Malibo Residence
  • Əmək haqqı: Müsahibə əsasında dəyərləndiriləcək.

Maraqlanan namizədlər CV-lərini vakansiyanın adını mövzu (subject) hissəsində qeyd etməklə Müraciət et düyməsində qeyd olunan formu doldurub göndərə bilərlər.

  • Daily0
  • Weekly361
  • Monthly247