Əmək haqqı: 800 azn
Vəzifə öhdəlikləri
- Layihə və ya obyekt üzrə tələb olunan material və malların siyahısını sahə rəhbərliyindən qəbul etmək.
- Cəbrayıl rayonu və ətraf bölgələr üzrə yerli bazarda qiymət araşdırması aparmaq.
- Təchizatçıların yerində qiymətləndirilməsi (malın keyfiyyəti, mövcudluğu, çatdırılma imkanı).
- Qiymət təkliflərinin toplanması və müqayisəli cədvəlin hazırlanması.
- Kiçik və təcili satınalmaların yerində həyata keçirilməsi.
- Malların obyektə vaxtında və düzgün şəkildə çatdırılmasına nəzarət etmək.
- Təhvil-təslim sənədlərinin (qaimə, hesab-faktura və s.) düzgünlüyünü yoxlamaq və ofisə təqdim etmək.
- Anbar qalığı və istifadə olunan materiallarla bağlı məlumatları mütəmadi yeniləmək.
- Nəqliyyat və logistika prosesində koordinasiya etmək.
- Təchizatçılarla danışıqlar aparmaq və daha sərfəli şərtlərin əldə olunmasına çalışmaq.
Təhsil və təcrübə üzrə tələblər
- Orta ixtisas və ya ali təhsil (İqtisadiyyat, Logistika, Menecment və ya uyğun sahə üzrə üstünlükdür).
- Satınalma və ya tikinti/layihə sahəsində minimum 1 il təcrübə arzuolunandır.
- Yerli bazar haqqında məlumatlı olmaq üstünlükdür.
- Yerli bazarda operativ işləmə bacarığı.
- Danışıqlar aparmaq və qiymət razılaşmaları əldə etmək bacarığı.
- Sənədlərlə işləmə bacarığı.
- MS Office (xüsusilə Excel) proqramlarında işləmə bacarığı.
- Ezamiyyət və sahə şəraitində işləməyə hazır olmaq.
Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Satınalma üzrə kiçik mütəxəssis” qeyd edərək öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur.