PDL World PDL World
  • 276

Satınalma üzrə kiçik mütəxəssis (Cəbrayıl rayonu)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Satınalma üzrə kiçik mütəxəssis (Cəbrayıl rayonu)

  • Deadline 28 Mart 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əmək haqqı: 800 azn

Vəzifə öhdəlikləri

  • Layihə və ya obyekt üzrə tələb olunan material və malların siyahısını sahə rəhbərliyindən qəbul etmək.
  • Cəbrayıl rayonu və ətraf bölgələr üzrə yerli bazarda qiymət araşdırması aparmaq.
  • Təchizatçıların yerində qiymətləndirilməsi (malın keyfiyyəti, mövcudluğu, çatdırılma imkanı).
  • Qiymət təkliflərinin toplanması və müqayisəli cədvəlin hazırlanması.
  • Kiçik və təcili satınalmaların yerində həyata keçirilməsi.
  • Malların obyektə vaxtında və düzgün şəkildə çatdırılmasına nəzarət etmək.
  • Təhvil-təslim sənədlərinin (qaimə, hesab-faktura və s.) düzgünlüyünü yoxlamaq və ofisə təqdim etmək.
  • Anbar qalığı və istifadə olunan materiallarla bağlı məlumatları mütəmadi yeniləmək.
  • Nəqliyyat və logistika prosesində koordinasiya etmək.
  • Təchizatçılarla danışıqlar aparmaq və daha sərfəli şərtlərin əldə olunmasına çalışmaq.

Təhsil və təcrübə üzrə tələblər

  • Orta ixtisas və ya ali təhsil (İqtisadiyyat, Logistika, Menecment və ya uyğun sahə üzrə üstünlükdür). 
  • Satınalma və ya tikinti/layihə sahəsində minimum 1 il təcrübə arzuolunandır.
  • Yerli bazar haqqında məlumatlı olmaq üstünlükdür.
  • Yerli bazarda operativ işləmə bacarığı.
  • Danışıqlar aparmaq və qiymət razılaşmaları əldə etmək bacarığı.
  • Sənədlərlə işləmə bacarığı.
  • MS Office (xüsusilə Excel) proqramlarında işləmə bacarığı.
  • Ezamiyyət və sahə şəraitində işləməyə hazır olmaq.

Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Satınalma üzrə kiçik mütəxəssis” qeyd edərək öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. 

  • Daily0
  • Weekly0
  • Monthly3