Tələblər
- Ali təhsil (Texniki və mühəndislik ixtisaslarına üstünlük verilir);
- SƏTƏM idarəetməsi sahəsində ən azı 3 il təcrübə.
- Komanda idarəetməsi və liderlik bacarığı
- Güclü analitik düşüncə və problem həll etmə bacarığı.
- Yaxşı ünsiyyət qabiliyyəti
- SƏTƏM üzrə müvafiq sertifikatların olması
- İOSH / NEBOSH kimi beynəlxalq sertifikatlar əlavə üstünlükdür.
- Yaxşı səviyyədə ingilisi dili biliyi
Vəzifə öhdəlikləri
- SƏTƏM üzrə müəssisədaxili siyasətin hazırlanması, tətbiqi və inkişaf etdirilməsi.
- SƏTƏM üzrə tələb olunan normativ sənədlərin hazırlanması və idarə edilməsi.
- Əməyin mühafizəsi və ətraf mühit üzrə yerli qanunvericiliyin və beynəlxalq standartların (ISO 45001, ISO 14001 və s.) icrasına nəzarət
- Risklərin qiymətləndirilməsi (Risk Assessment), təhlükələrə nəzarət tədbirlərinin müəyyənləşdirilməsi.
- Fövqəladə hallar planının tərtibi və tətbiqi.
- İş yerlərində gündəlik, həftəlik və aylıq SƏTƏM yoxlamalarının aparılmasına nəzarət
- Daxili auditlərin təşkili və audit nəticələrinin analizi.
- Uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması üzrə tədbirlər planının hazırlanması.
- İşçilərə ilkin, təkrar və məqsədli SƏTƏM təlimlərinin keçirilməsi
- Yüksək riskli işlər (hündürlükdə iş, qazma, qaynaq, ərazi işləri və s.) üçün xüsusi təlimatların verilməsi.
- SƏTƏM üzrə məlumatlandırma (TBT – Toolbox Talk) görüşlərinin təşkilinə nəzarət
- Qəza, incident, near-miss və peşə xəstəliklərinin araşdırılması.
- Hadisə hesabatlarının hazırlanması və kök səbəblərin analizi (Root Cause Analysis).
- Qəza hallarının təkrarlanmaması və ətraf mühitə təsirlərin minimuma endirilməsi üçün düzəltmə tədbirlərinin görülməsi.
- Aylıq və illik hesabatların rəhbərliyə təqdim edilməsi.
- Dövlət orqanları və yoxlayıcı qurumlarla əməkdaşlıq
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Note. Zəhmət olmasa, məktublarınızın mövzu hissəsində vəzifənin adını “Sətəm üzrə menecer” qeyd edəsiniz.