Topoqraf

  • Истекает 24 декабрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İşin təsviri:

  • Tikinti və layihə ərazilərində topoqrafik və geodeziya ölçmə işlərini həyata keçirmək.
  • Ərazinin mövcud vəziyyətinin topoqrafik çəkilişini aparmaq.
  • Ərazidə mövcud olan bina, qurğu, yol, kommunikasiya və digər obyektlərin yerləşmə vəziyyətini ölçmək.
  • Topoqrafik planların hazırlanması üçün ilkin ölçmə məlumatlarını toplamaq.
  • Total stansiya, elektron nivelir, GNSS/GPS qəbulediciləri və digər ölçmə cihazlarından istifadə etmək.
  • Ərazidə koordinat və yüksəklik göstəricilərini müəyyən etmək.
  • Tikinti sahəsində geodeziya mühəndisinin tapşırığı əsasında oxların, nöqtələrin və yüksəklik nişanlarının yerə köçürülməsində iştirak etmək.
  • Torpaq işləri zamanı qazıntı, dolğu və planlaşdırma işlərinin hündürlük göstəricilərini ölçmək.
  • Yol, meydança, bünövrə və digər tikinti elementlərinin topoqrafik ölçmələrini aparmaq.
  • Sahədə aparılan ölçmə işlərinin nəticələrini qeyd etmək və geodeziya mühəndisinə təqdim etmək.
  • Ölçmə nəticələrinə əsasən topoqrafik məlumatların və sxemlərin hazırlanmasına kömək etmək.
  • Geodeziya cihazlarının texniki vəziyyətinə nəzarət etmək və onların qorunmasını təmin etmək.
  • Ölçmə zamanı aşkar edilmiş uyğunsuzluqlar və layihədən kənarlaşmalar barədə birbaşa rəhbərinə məlumat vermək.
  • Ölçmə işləri ilə əlaqədar sahə jurnallarını və digər texniki qeydləri aparmaq.
  • İş yerində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət etmək.

Namizədə tələblər

  • Ali təhsil;
  • İş təcrübəsi: Müvafiq sahədə 3-5 il;
  • Dil bilikləri: azərbaycan dili yüksək səviyyədə, ingilis dili  arzuolunandır;
  • Kompüter bilikləri: MS Office (əla) və Autocad proqramlarını yaxşı dərəcədə bilməli
  • Total stansiya və elektron nivelirdən istifadə qaydalarını;
  • GNSS/GPS avadanlıqlarının işləmə prinsiplərini;
  • Topoqrafik plan və xəritələrin oxunmasını;
  • Ölçmə nəticələrinin qeydiyyatı və emalı qaydaların

İş şəraiti

  • Əmək haqqı: 1500-1800 Azn
  • İş yeri- Azərbaycanın rayonları

Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Topoqraf” qeyd edərək öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. 

  • Daily57
  • Weekly146
  • Monthly1624